Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur

Gündə bir alma yeyən həkimə getməz deyiblər. Amma bu deyimin nə qədər doğru olduğu sual altındadır.

Bizim.Media BBC-yə istinadla xəbər verir ki, flavanol kimi fitokimyəvi maddələrlə zəngin olduğu bilinən almanın sağlam çəki saxlamaq və ürək xəstəlikləri riskini azaltmaq kimi faydaları var.

Alma qabığına qırmızı rəng verən antosiyanin kimi polifenolların ürək sağlamlığı üçün faydalı olduğu da məlumdur.

Bundan əlavə, almada olan başqa bir polifenol olan phloridzin qan şəkərinin səviyyəsini idarə etməyə kömək edən birləşmələrdən biridir.
 

Çox zəngin lif mənbəyi olan alma xolesterol səviyyəsini aşağı salmağa kömək edir. Aşağı xolesterin ürək xəstəliyi riskini azaldaraq ürək sağlamlığını qoruyur.


2017-ci ildə 5 ayrı araşdırmanı qiymətləndirən araşdırmaya görə, alma yemək 2-ci tip diabet riskini 18% azalda bilər.

18 ayrı araşdırmanın 2022-ci ildəki təhlili göstərir ki, bir həftədən çox müddət ərzində daha çox alma və ya alma tərkibli qidaların istehlakı xolesterol səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bir sıra araşdırmalara görə isə alma yemək bəzi xərçəng növlərinin inkişaf riskini azalda bilər.

Tədqiqatçılar almanın bütün meyvələr arasında ikinci ən yüksək antioksidant gücə malik olduğunu bildirir.

2015-ci ildə aparılan 9000 insan gündəlik qida qəbuluna dair anket sorğusunda alma yeyənlərin qəbul etməyənlərə nisbətən daha az həkimə getdiyi müəyyən edilib.

Araşdırmanın aparıcı tədqiqatçısı və Nyu-Hempşirdəki “Dartmouth Geisel” Tibb Məktəbinin epidemiologiya üzrə dosenti Metyu Devis deyir ki, alma yeyən insanlar ümumiyyətlə sağlamdır. Dosentin sözlərinə görə, təkcə alma yemək insanı həkimdən uzaq etməsə də,  sağlamlığı yaxşılaşdırma potensialı var. (Ölkə.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

End of content

No more pages to load

RADİO