ADNSU-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADNSU-dan Bizim.Media-ya bildirilib ki, tədbirdə ümumi işlər üzrə prorektor Elnur İsmayılov çıxış edərək Azərbaycanın ordu quruculuğu tarixi barədə danışıb.

O bildirib ki, bu gün Azərbaycan Ordusu maddi-texniki bazası, döyüş hazırlığı və peşəkarlıq səviyyəsinə görə aparıcı ordular sırasındadır.

E.İsmayılov, həmçinin 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı parlaq qələbədən bəhs edib və şəhid ailələrinə, qazilərə göstərilən yüksək ehtiramı xüsusi vurğulayıb.

Tədbirdə ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, Geoloji kəşfiyyat fakültəsinin dekanı dosent Naməd Paşayev və ADNSU Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev çıxış edərək Azərbaycanda ordu quruculuğu, qəhrəman oğullarımızın döyüş meydanında göstərdikləri şücaət barədə danışıblar. Çıxışlarda universitetdə müharibə veteranlarına göstərilən diqqət və qayğı vurğulanıb, şəhid ailələri və qazilərin daim universitet kollektivinin diqqət mərkəzində olduğu qeyd edilib. Bildirilib ki, hər bir azərbaycanlı şəhidlərimiz və qazilərimizlə fəxr edir.
 

Dosent Naməd Paşayev ADNSU-nun məzunu olmuş şəhid Alı Həsənli haqqında xatirələrini bölüşüb. Tədbirdə şəhid Alı Həsənlinin atası Nofəl Həsənli çıxış edərək Azərbaycan Ordusunun gücündən və yenilməzliyindən danışıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.


Sonra şəhid Alı Həsənlinin həyat və döyüş yolunu əks etdirən film nümayiş olunub.

Sonda tədbir iştirakçıları Azİİ e-Kitab Evində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş “Xalqın güvənc yeri, dövlətin dayağı – Azərbaycan Ordusu” adlı kitab sərgisi ilə tanış olublar.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Millimizin üzvü “Neftçi”dən ayrıldı

End of content

No more pages to load

RADİO