İran nüvə proqramını davam etdirəcək? – Müharibə Tehrana dərs olmadı

İran İsraillə müharibədən sonra da nüvə proqramından imtina etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Al Araby Al Jadeed”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsraillə 12 günlük müharibədən sonra Tehran bu sahədə daha da qətiyyətli olub:

“Biz bu texnologiyalara çox şey sərf etmişik. Alimlərimiz həyatını itirib, xalqımız sanksiyalara dözüb, bizə müharibə sırıdılıb. İranda heç kim bu proqramdan imtina etməyəcək. Proqramımız daim MAQATE-nin nəzarəti altında olub”, – deyə Əraqçi vurğulayıb.

Nazir əlavə edib ki, hazırda bu məsələ ilə bağlı qərar vermək üçün tezdir. Lakin onun sözlərinə görə, “İranın nüvə obyektlərinə yönəlmiş hərbi hücumun ciddi və dərin nəticələri olacaq”.

“Biz illərlə çalışdıq ki, dünyaya göstərək ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiqik və onun çərçivəsində əməkdaşlığa hazırıq. Təəssüf ki, bu müqavilə bizim nüvə proqramımızı qoruya bilmədi. Bu, nəzərə alınmalı olan bir məqamdır. MAQATE tərəfindən hazırlanan hesabatlar hazırkı vəziyyətə ciddi töhfə vermədi və biz onların siyasi motivli olduğunu düşünürük. Gələcəkdə İranın nüvə obyektlərinin necə qorunacağı məsələsi də nəzərdən keçirilməlidir. Axı niyə şəffaflıq yaratmaq və etimadı gücləndirmək üçün 20 illik səylər nəticə vermədi? Bu məsələ də müzakirə olunacaq. Hesab edirəm ki, bizim nüvə proqramı ilə bağlı baxışlarımız dəyişəcək”, – deyə İran XİN rəhbəri fikrini tamamlayıb.

Lakin görünür, müharibə İrana dərs olmadı. Təhlükəsizlik və sabitlik əvəzinə Tehran yenidən nüvə ambisiyalarına sarılmaq yolunu seçir. Beynəlxalq təzyiqlər, iqtisadi sanksiyalar və hərbi qarşıdurmalar belə, rejimin mövcud kursunu dəyişməyə kifayət etmədi.

Bəs bu halda ABŞ və İsrail hansı addımı atacaq?

ABŞ administrasiyası İranın nüvə proqramına dair diplomatik cəhdləri dəfələrlə dəstəkləsə də, artıq səbrin tükəndiyi sezilir. Donald Trampın yenidən prezident kreslosuna əyləşməsi ilə bu məsələdə daha sərt xətt gözlənilir. ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, İranın nüvə silahına yiyələnməsi “qırmızı xətt”dir və bu, hərbi müdaxilə də daxil olmaqla, bütün vasitələrin gündəmdə olması deməkdir.

Son günlərdə Tehranın müxtəlif bölgələrinə edilən hava zərbələri də məhz bu yanaşmanın praktiki göstəricisidir. İsrailin Müdafiə Nazirliyi hesab edir ki, İranın nüvə ambisiyaları region üçün birbaşa təhlükədir və ona vaxtında və sərt cavab verilməlidir.

Ekspertlərə görə, əgər Tehran proqramı sürətləndirməyə davam edərsə, bu, ya ABŞ-İsrail koalisiyasının preventiv zərbələrinə, ya da yeni bir regional müharibəyə səbəb ola bilər. Eyni zamanda, İsrailin kəşfiyyat və xüsusi əməliyyatlar vasitəsilə İranın nüvə infrastrukturunu hədəfə alması da istisna deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

End of content

No more pages to load

RADİO