Şəkərli diabetdən əziyyət çəkən uşaqlara pulsuz qlükoz sensor cihazları təqdim olundu - FOTO

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən layihələr ardıcıl şəkildə davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bu çərçivədə səhiyyə sahəsində xüsusi qayğıya ehtiyacı olan pasiyent qruplarına göstərilən diqqət və dəstək tədbirləri genişləndirilir.

Muxtar respublikada şəkərli diabetdən əziyyət çəkən uşaqlar üçün qan qlükozasının fasiləsiz monitorinqini təmin edən müasir qlükoz sensor cihazları tamamilə ödənişsiz şəkildə təqdim olunub.

Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov sensorlarla təmin olunan uşaqlar və onların valideynləri ilə görüşüb.

Nazir bu tip müasir tibbi texnologiyaların istifadəsinin şəkərli diabetlə mübarizədə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 

Qeyd olunub ki, bu cihazlar qanda şəkərin səviyyəsinin daim nəzarətdə saxlanmasına və insulin terapiyasının daha düzgün tənzimlənməsinə şərait yaradır. Bu təşəbbüs ölkə rəhbərliyinin uşaqların sağlamlığının qorunması və onların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin tərkib hissəsidir.


Görüşdə iştirak edən valideynlər göstərilən bu yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, uşaqların gündəlik həyatında mühüm dəyişiklik yaradacaq bu tibbi dəstəyi yüksək qiymətləndiriblər.

Daha sonra tibb işçilərinin iştirakı ilə uşaqlara sensorların quraşdırılması həyata keçirilib və cihazların istifadə qaydaları barədə valideynlərə ətraflı izahat verilib.

Bu atılan addım regionda uşaq endokrinoloji xidmətlərinin inkişafı, erkən diaqnostika və effektiv nəzarətin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

End of content

No more pages to load

RADİO