BİZİM TƏQVİM: 25 iyunda baş vermiş tarixi hadisələr

1992-ci ilin bu günündə İstanbulda Azərbaycanın da iştirakı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib. Təsis konfransı Türkiyə Prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilib.

Azərbaycan 1993-cü ildən həmin təşkilatın üzvüdür.  

Bəs, iyunun 25-də dünyada daha hansı hadisələr baş verib?

1. 1950-ci ilin bu günü Koreya müharibəsi başladı. Beləliklə, Sovet İttifaqı və Çin tərəfindən dəstəklənən Şimali Koreyanın Cənubi Koreyaya hücumu ilə “Soyuq müharibə” dövrünün ilk isti toqquşması yarandı.

2. 1959-cu il iyunun 25-də Moskvada Sovet hökumətinin başçısı Nikita Xruşşov və ABŞ-ın o zamankı vitse-prezidenti Riçard Nikson SSRİ-də ilk dəfə Amerika Milli Sərgisini açdılar.

Amerikalılar sərgiyə gələnlərə döş nişanları, parlaq plastik paketlər bağışlayır, “Pepsi Cola”ya qonaq edirdilər. Sərgidə Nikita Xruşşova da “Pepsi Cola” təqdim olunmuşdu. Ertəsi gün əlində bu içki stəkanı olan Xruşşovun şəkli bütün xarici mətbuat səhifələrində yayılmışdı.  

3. 25 iyun 1987-ci ildə Sov.İKP MK-nın plenumunda “yenidənqurma” (“perestroyka”) haqqında qərar qəbul edilib. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə edib. “Yenidənqurma” siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələnib.

4. 1993-cü ilin 25 iyununda Türkiyənin ilk qadın baş naziri seçildi. DYP sədri Tansu Çiller baş nazir olduqdan sonra ölkə prezidenti Süleyman Dəmirəl hökuməti təşkil etməyi ona tapşırdı. Beləliklə, Türkiyədə DYP və SHP koalisiya hökuməti quruldu.

25 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün dahi Şərq alimi, ensiklopedik biliyə sahib şəxsiyyətlərdən olan Məhəmməd Nəsirəddin Tusinin xatirə günüdür. Tusi Marağa rəsədxanasının yaradılmasına xeyli əmək sərf edib, oranı böyük elmi mərkəzə çevirib. Alim özünün məşhur “Zic-Elxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementlərini verib, onların sutkalıq orta hərəkətini dəqiq təyin edib.  Nəsirəddin Tusinin elmin müxtəlif sahələrinə dair əsərləri hələ də dünya alimləri tərəfindən öyrənilir və təqdir olunur. (1201-1274)

2. Məşhur alman alimi, fiziki-kimyanın banilərindən biri Valter Nernst 1864-cü ilin 25 iyununda dünyaya gəlib.

3. Azərbaycanın görkəmli səhnə ustası Sona Hacıyeva 1907-ci ilin bu günü Şəkidə doğulub. Səhnə fəaliyyətinə 14 yaşından (1921) başlayıb. 16 yaşından ömrünün sonunadək (1923-1979) – düz 56 il Azərbaycan Dövlət Akademik Dram Teatrının aktrisası olub (1907-1979).

4. Azərbaycanın görkəmli səhnə ustası, Gülşən və Hamlet kimi tanınmış aktyorların atası – Ağadadaş Qurbanov 1911-ci il 25 iyunda dünyaya gəlib. Onun həm teatr, həm kinoda yaratdığı dramatik və komik obrazlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb (1911-1965).

5. Azərbaycanın tanınmış fiziki, professor Qüdrət Axundov 1932-ci ilin bu günü Ordubadda anadan olub. Tədqiqatları əsasən yarımkeçiricilərin fiziki xassələrinin öyrənilməsinə aiddir (1932-1973).

6. 25 iyun 1939-cu ildə  Əməkdar mədəniyyət işçisi Adil Soltan oğlu İsmayılov (1939-2011) anadan olub. 1959-cu ildən “Azərbaycanfilm” Kinostudiyasında çalışıb, bir sıra filmlərin 2-ci rejissoru olub.

7. 25 iyun 1940-cı ildə Əməkdar artist, müğənni Yaşar Səfərov (1940-2007)  doğulub. Azərbaycan Televiziyası və Radiosunun solisti olub.

8. 25 iyun 1980-cı ildə yazıçı, ssenarist, rejissor, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli (22.12.1920 – 1980) vəfat edib. “Uzaq sahillərdə” (İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə” romanlarının, pyeslərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib.

9. Dünyanın ən məşhur estrada müğənnisi, "Pop musiqi kralı" Maykl Cekson  2009-cu ilin 25 iyununda 51 yaşında həyatdan köçüb (1958-2009).

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəmi 4 TARİX: bu günlərdə DAHİLƏR doğulur

Cəmi 4 TARİX: bu günlərdə DAHİLƏR doğulur

İranı əslində KİM idarə edir? - Ən kritik qərarları O verir

İranı əslində KİM idarə edir? - Ən kritik qərarları O verir

"Mənim aldığım tərbiyə tənqid yazanların ailəsində yoxdur" - VİDEO

"Mənim aldığım tərbiyə tənqid yazanların ailəsində yoxdur" - VİDEO

Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEO

Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEO

Ötənilki abituriyentlərlə müqayisədə NƏTİCƏLƏR nə qədər dəyişib? - AÇIQLAMA

Ötənilki abituriyentlərlə müqayisədə NƏTİCƏLƏR nə qədər dəyişib? - AÇIQLAMA

“Tanış olduqdan 6 ay sonra evlənmək lazımdır”

“Tanış olduqdan 6 ay sonra evlənmək lazımdır”

Tramp İrandan yeni təklif aldığını AÇIQLADI

Tramp İrandan yeni təklif aldığını AÇIQLADI

Ukraynanın təkcə Donbası deyil, digər əraziləri də itirmək riski var...

Ukraynanın təkcə Donbası deyil, digər əraziləri də itirmək riski var...

“Sumqayıt” qalib gəldi, “Qəbələ” – “Araz Naxçıvan” oyununda bərabərlik - VİDEO

“Sumqayıt” qalib gəldi, “Qəbələ” – “Araz Naxçıvan” oyununda bərabərlik - VİDEO

Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ

Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM - FOTO

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM - FOTO

Zaurun verilişi yenidən BAŞLAYIR? - “Mayın 4-ü…”

Zaurun verilişi yenidən BAŞLAYIR? - “Mayın 4-ü…”

Malidə vəziyyət yenə gərginləşib: 80 yaraqlı MƏHV EDİLİB

Malidə vəziyyət yenə gərginləşib: 80 yaraqlı MƏHV EDİLİB

Keyt Middlton geyimi ilə DİQQƏT ÇƏKDİ: II Elizabetin obrazını təkrarladı

Keyt Middlton geyimi ilə DİQQƏT ÇƏKDİ: II Elizabetin obrazını təkrarladı

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

Somali sahillərində tanker qaçırılıb

Somali sahillərində tanker qaçırılıb

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

End of content

No more pages to load

RADİO