Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib – FOTO

23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbiri giriş sözü ilə açan Komitə sədri Rövşən Rzayev dövlət qulluqçularını əlamətdar gün münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

O, Prezident İlham Əliyevin “Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyət və insanlara xidmət imkanıdır” fikrini xatırladaraq bildirib ki, dövlət qulluğu vətəndaşlara xidmət missiyasını daşıyır və yüksək peşəkarlıq tələb edir.

Sədr çıxışında Komitənin fəaliyyət sahəsi olan qaçqınlar və məcburi köçkünlərlə işin xüsusi əhəmiyyətindən danışıb.

Bildirilib ki, bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri Böyük Qayıdış prosesidir. Həmin prosesin uğurla reallaşdırılması üçün Komitənin əməkdaşlarına ciddi vəzifələr düşür və hər bir dövlət qulluqçusu bu istiqamətdə yüksək məsuliyyətlə çalışmalıdır.
 

Tədbirdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərin həllinə xüsusi diqqət və qayğısı dərin minnətdarlıq hissi ilə qeyd edilib.


Eyni zamanda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 3 əməkdaşı - Zeynalov Təbriz Əmirxan oğlu, Xələfova Şəhla Əvəz qızı və Həsənova Sevgili Mehdi qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

Təltif edilən şəxslər onlara etimad göstərildiyi və fəaliyyətləri ali səviyyədə qiymətləndirildiyi üçün dövlət başçısına təşəkkür edib, gələcək işlərini daha da səmərələri və effektiv quracaqlarını qeyd ediblər.

Daha sonra Komitənin sosial media fəaliyyətində fəallıq göstərən bir qrup əməkdaşa təşəkkürnamələr təqdim edilib.

Sonda çıxış edən digər dövlət qulluqçuları həmkarlarını peşə bayramı münasibətilə təbrik edib, yaradılan iş şəraitinə və göstərilən etimada görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

End of content

No more pages to load

RADİO