Azərbaycan nümayəndə heyəti 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində - FOTO

23 iyun tarixində Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən və televiziya sahəsində beynəlxalq əhəmiyyət daşıyan 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, festival televiziya və media sahəsində yaradıcı ideyaların, beynəlxalq əməkdaşlığın və innovativ trendlərin müzakirə olunduğu mühüm platforma kimi qiymətləndirilir. 

1986-cı ildən keçirilən və bu il 30-cu yubileyini qeyd edən Şanxay Televiziya Festivalı Şərqi Asiyada keçirilən ilk televiziya festivalı olmaqla yanaşı, qitənin ən nüfuzlu media tədbirlərindən biri hesab olunur.

Festivalın əsas məqsədi televiziya sənayesində yüksək keyfiyyətli məhsulların tanıdılması və qlobal media gündəmini formalaşdıran məsələlərin müzakirəsidir.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyətinin Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon ilə görüşü baş tutub.
 

Görüş zamanı Əhməd İsmayılov qeyd edib ki, media sahəsində tərəfdaşlığın gücləndirilməsi və əməkdaşlığın təşviqi sürətlə dəyişən qlobal informasiya mühitində hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. O, eyni zamanda media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə media layihələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.


Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon isə çıxışında qurumun müasir texnoloji infrastrukturu, televiziya kontentinin planlaşdırılması, istehsalı və yayımı sahəsində tətbiq olunan metodlar, habelə rəqəmsal media mühitində formalaşdırılan innovativ yanaşmalar haqqında ətraflı məlumat verib. O, həmçinin Şanxay Media Qrupunun gələcək hədəflərindən və qlobal informasiya mühitində rəqabət qabiliyyətini artırmaq üçün atılan addımlardan bəhs edib.

Daha sonra qonaqlar Şanxay Media Qrupunun efir və montaj otaqları, texnoloji infrastrukturu və rəqəmsal yayım sistemləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının İcraçı direktoru Rüfət Həmzəyev daxildir.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

End of content

No more pages to load

RADİO