Rizvan Nəbiyev: “Quru sərhədlərimizin bağlı qalması strateji qərardır”

“Quru sərhədlərimizin bağlı qalması strateji qərardır, strateji maraqlarımızı təmin etmək məqsədi daşıyır”.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.

Deputat deyib ki, dövlət sərhədlərinin yükdaşımalar istisna olmaqla bağlanması, COVİD-19-un Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmasından sonra qlobal miqyasda verilən qərar oldu: “Faktiki olaraq bütün dövlətlər quru, hava və dəniz sərhədlərini bağlamaqla insanların hərəkət azadlığının demək olar ki, tam şəkildə məhdudlaşdırdılar. Təbii ki, beynəlxalq birliyin üzvü kimi Azərbaycan dövləti də analoji addım atmaq zərurəti ilə üzləşdi. Hətta Avropa İttifaqı xarici sərhədlərini qapatmaqla yanaşı, Aİ-nin daxili bazarının 4 əsas azadlıqlardan olan insanların azad hərəkəti üzv dövlətlər arasında dayandırıldı. Pandemiyadan sonra da ölkələr arasında sərhəd rejimləri sərtləşdirilmişdi və bəzi məhdudiyyətlər hələ də qüvvədədir”.

Azərbaycanın sərhədlərinin bağlı qalmasının əsas səbəbləri

O nəzərə çatdırıb ki, Azərbaycanın dövlət sərhədlərinin bağlı olmasının bir neçə mühüm səbəbi var: “İlk növbədə, ölkənin geosiyasi vəziyyəti, regional təhlükəsizliyin üzləşdiyi çağırışlar, ölkədaxili siyasi sabitliyin təmini və təhlükəsizliyin gücləndirilməsi bu qərarın verilməsində əsas rol oynayır. Ermənistanın işğalına son qoyulsa da, sərhədlərin delimitasiya və demarkasiyaı üzrə dövlət komissiyası fəaliyyətdə olsa da, şərti sərhəddə gərginlik tam aradan qalxmayıb. Nəzərə almaq lazımdır ki, Ermənistanın təcavüzünə görə təxminən 700 km sərhəd bu dövlətlə, 132 km-lik dövlət sərhədimiz İranla 30 ilərzində işğal altında olmuşdur. Həmçinin, qaçaqmalçılıq, narkotik ticarəti, qeyri-qanuni miqrasiya, mümkün qaçqın axını kimi təhlükələr də sərhədlərin bağlı saxlanmasını zəruri edən faktorlandandır. Quru sərhədlərinin bu gün də bağlı saxlanması Azərbaycanın milli təhlükəsizliyinin gücləndirilməsi, xarici təhdidlərdən müdafiə olunması və ölkədə sabitlik mühitinin təmini üçün strateji əhəmiyyət daşıyır. Pandemiyanın xaricində bu qərarın əsas motivi "milli təhlükəsizliyin və sabitliyin tam təmini olub.

Prezidentin çıxışında təhlükəsizlik vurgusu

Azərbaycan Prezident İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumunda 23 aprel 2024-cü ildə etdiyi çıxışda bildirib ki, hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük, biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Dövlət başçısı vurğulayıb ki, bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə, bunu nəzərdə tutub”.

Regional münaqişələr və sərhədlərin qapalı qalmasının strateji əhəmiyyəti

Bu gün baş verən İsrail-İran münaqişəsinə də diqqət çəkən Rizvan Nəbiyev ABŞ-ın da artıq bu münaqişəyə qoşulduğunu qeyd edib: “Quru sərhədlərimizin bağlı qalması strateji maraqları təmin etmək məqsədi daşıyır və bu gün baş verənlər bir daha bunu təsdiqləyir. Yəni bu, həm regional risklərdən qorunmaq, yeni çağırışlara hazır olmaq baxımından da məqsədəuyğun sayılır. Nəticə etibarilə, Azərbaycanın dövlət sərhədlərinin bağlı qalması bir çox daxili və xarici faktorların təsiri ilə müəyyən olunmuş, konkret olaraq artan təhlükəsizlik çağırışlarından və humanitar faciələrdən qorunmaq məqsədli strateji qərardır.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

End of content

No more pages to load

RADİO