Dilqəm Əsgərovun oğlu atasından imtina etdi - "Məni ölümlə hədələyirlər"

Keçmiş əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından imtina edib.

Bizim.Media xəbər verir ki, o, bu haqda moderator.az-a açıqlamasında bildirib:

“Əsirlikdən gələn günündən mənimlə münasibətləri pisdir. Ancaq pul, var-dövlət fikirləşir. Söz-söhbətdən daha bezmişəm. Bir yer verib mənə, orada ev tikmişəm. Gündə gedib-gəlir ki, traktorla uçuracam. Quyudan su çəkmişəm, gəlib suyumu kəsib. 10 gündür içməli su tapmırıq.

Bütün işlərimə mane olur. Mənim o adda nə atam var, nə də valideynim”.

Kürdoğlu bildirib ki, artıq münasibətləri dözülməz dərəcəyə çatıb və o, öz ailəsi üçün sığınacaq istəyir:

“Mən səhər tezdən bazara fəhləliyə gedirəm. Əlində balta girir içəri. Ailəmin, uşaqlarımın həyatı təhlükədədir. Şəmkir Rayon Polis idarəsinə müraciət edib, videogörüntüləri təqdim etmişəm.

Polis də deyir ki, ver məhkəməyə. Mənim pulum hardandır? Onun mənə bir çöpü də lazım deyil. Gəlib üstümə düşüb deyir ki, mən əsirlikdən qayıdanda nazirlər sənə pul verib, sən onları xərcləmisən. Kimsə mənə pul veribsə, çıxıb desin. Hansı nazir verib? Atamla qardaşımın gözünü dünya malı doyuzdurmur. Bir evim var, onu da onlara verib çıxıram. Dövlətdən sığınacaq istəyirəm ki, 3 körpə övladımı bir yerə çıxarım. Belə yaşayış olmur. Bu insandan ötrü mən 7 il əziyyət çəkdim. Avropa Şurasına qədər gedib çıxdım, Fransaya, ATƏT-in MİNSK qrupuna müraciət etdim, Türkiyədə, Gürcüstanda tədbirlərdə iştirak etdim. Bu insan ancaq pul fikirləşir. Mən Dilqəm Əsgərovun yaşadığı kənddən çıxmaq istəyirəm. Məni ölümlə hədələyirlər. Özüm cəhənnəmə, uşaqlarım üçün qorxuram. Aidiyyəti qurumları mənə kömək etməyə, sığınacaq verməyə səsləyirəm” deyə o bildirib.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülsə də, 2020-ci ildə onların Bakıya gətirilməsi təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

End of content

No more pages to load

RADİO