MÜTDA valideynlərə və məktəblərə təşəkkür etdi

İyunun 14-də 112 mindən çox məzunun, onların valideynlərinin və yaxınlarının, müəllimlərin iştirakı ilə məktəblərdə “Son zəng” tədbirləri keçirilib. Ümumi təhsil müəssisələrinə bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib. Bununla yanaşı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, onun yerli təhsili idarəetmə bölmələri tərəfindən “Son zəng” gününün təlimata uyğun keçirilməsini, şagirdlərin və tədbirdə iştirak edən bütün şəxslərin təhlükəsizliyini, eləcə də məktəb mühitində nizam-intizamı təmin etmək məqsədilə müəssisələrdə monitorinqlər aparılıb.

Bu barədə Bizim.Media-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “Son zəng” tədbirləri ümumi təhsil müəssisələrinə göndərilmiş müvafiq təlimatların tələblərinə, eyni zamanda, təhlükəsizlik qaydalarına riayət olunmaqla həyata keçirilib:

“Təlimatın tələblərinə anlayışla yanaşdıqlarına görə valideynlərə, ictimai asayişin qorunmasını təmin etdiyinə görə Daxili İşlər Nazirliyinin yerli bölmələrinə, eyni zamanda, məktəblərin pedaqoji kollektivlərinə təşəkkür edirik.

Bununla yanaşı, təəssüf ki, bəzi hallarda təlimatın tələblərində nəzərdə tutulmayan müəyyən hallar da müşahidə olunub.

Həmin məktəblərin direktorları, sinif rəhbərləri ilə bu barədə söhbət aparılıb, müvafiq inzibati tənbeh tədbirləri görülüb.

İctimaiyyəti minlərlə insanın iştirakı ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdə baş vermiş azsaylı xoşagəlməz hadisələri ümumiləşdirmədən məktəb və müəllim nüfuzunun qorunmasında dəstək olmağa çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

End of content

No more pages to load

RADİO