Məsuliyyətsizlik CİNAYƏTƏ çevrilə bilər - Yalan məlumat yayanlara XƏBƏRDARLIQ

Son illər mediada araşdırılmamış, əsassız və böhtan xarakterli məlumatların tirajlanması halları artmaqdadır. Bəzi informasiya resursları fakt yoxlaması aparmadan, şəxslərin nüfuzuna, şərəf və ləyaqətinə toxunan iddiaları ictimailəşdirir. Bu isə bir çox hallarda hüquqi müstəviyə daşınır və media orqanlarının məsuliyyət daşımasına səbəb olur.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Vüsal Cəfərov bildirib ki, belə hallarda həm Mülki, həm də Cinayət Məcəlləsi çərçivəsində tədbirlər görülə bilər:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılıbsa və məlumat yayan şəxs onların həqiqətə uyğun olduğunu sübut edə bilmirsə, həmin şəxs bu informasiyanın məhkəmə qaydasında təkzibini tələb edə bilər”, -  deyə vəkil qeyd edib.

Eyni zamanda, həmin Məcəllənin 23.2-ci maddəsinə görə, əgər bu cür məlumatlar media vasitəsilə yayılıbsa, təkzib də eyni media vasitəsilə verilməlidir.

Daha ciddi hallarda isə məsələ cinayət məsuliyyətinə qədər gedib çıxa bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində göstərilir:

“Əgər şəxs bilərəkdən yalan məlumat yayırsa və bu məlumat digər şəxsin şərəf və ləyaqətini alçaldırsa, onu nüfuzdan salırsa, bu, “böhtan” cinayətinin tərkib hissəsi sayılır.”

Vüsal Cəfərov diqqətə çatdırıb ki, bu maddəyə əsasən, sözügedən əməllərin cəzası mövcuddur:

“Belə ki, 1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə bu cəza növlərinə daxildir. Şəxsin nüfuzuna qəsd edən və yalan olduğu əvvəlcədən məlum olan məlumatları yaymaq cəmiyyət üçün təhlükəli presedent yaradır və buna görə məsuliyyətin gücləndirilməsi vacibdir”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

End of content

No more pages to load

RADİO