Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır – FOTO/VİDEO

Həftə ərzində yağan yağışlardan sonra Zaqatala şəhəri və ətraf kəndlərdə içməli su qıtlığıına səbəb də dağ çaylarının bulanması olubmuş. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala şəhərinin içməli su təminatı Tala və Zilban çayları vasitəsilə təmin olunur.

25 min nəfərə yaxın əhalisi olan Zaqatala şəhərinin içməli su təminatı əsasən Tala və Zilan çayları vasitəsi ilə həyata keçirilir. Həftə boyu yağan yağışlardan sonra burada suyun bulanıqlığı artıb və nəticədə içməli suyun verilməsində problemlər yaranıb.

Qeyd edək ki, bir neçə il əvvəl Zaqatala şəhərinin içməli su təminatı yaxşılaşdırılıb, su-kanalizasiya sistemləri yenilənib.

Əhalinin də haqlı narazılığı ondan ibarətdir ki, bu yenilənmədən sonra həftəboyu suyun verilməsində niyə problemlər yaranır?


Şəhərin mərkəzi Faiq Əmirov küçəsindəyik. Bənövşə Poladova həyətindəki su kranını açıb göstərir və günlərdir su gəlmədiyini, gələndə çirkli su gəldiyini və nümunə üçün topladıqları su qablarını göstərir.

“Yay gəlirsə suyumuz müəyyən saatlarda kəsilir. Amma yağış yağanda isə çox böyük əziyyət çəkirik. Mənim həyətimdə bakım yoxdu, su bulanır və bilmirik kim kəsir ya nəyinsə ucbatından kəsilir. Üstəlik, rayonda su sistemi təzə qurulub”, - deyən yaşlı şəhər sakini son günlər su sarıdan ciddi əziyyət çəkdiklərini bildirir. 

Bu dəfə şəhərin başqa bir istiqamətinə sakinlərin son günlər su üzünə həsrət qaldıqları Azərbaycan prospektinə üz tuturuq.

Təqaüddə olan müəllim Rahilə Abdullayeva da vəziyyətdən şikayətçidir:


“Neçə gündür suyumuz gəlmir. Deyirlər srağagün gecə 2-də suyu buraxıblar, bizim xəbərimiz olmayıb. Buraxsalar da, su ikinci mərtəbəyə qalxmır. Biz susuz qalırıq”.

Məsələ ilə əlaqədar şəhər üzrə nümayəndə Oruc Qaraxanov həftə boyu sakinlərin su təminatını qismən də olsa, ödəmək məqsədi ilə maşın və texnikalar vasitəsilə ərazilərə su daşındığını bildirir:


“İçməli su mənbəyi hesab olunan dağ çaylarında suyun lillənməsi səbəbindən əhaliyə suyun verilməsində müəyyən problemlər yaşanıb. Bu problemi aradan qaldırmaq məqsədi ilə rayon səviyyəsində qərərgah yaradılıb, problemi aradan qaldırmaq üçün aidiyyatı qurumlar bu işə cəlb olunub, aidiyyatı texnikalar cəlb olunmaqla əhaliyə içməli su maşınları vasitəsi ilə təminat həyata keçirilib. Bir neçə gün bu problem davam edib” deyən şəhər nümayəndəsi müraciət daxil olduğu anda ünvanlara texnikalar vasitəsi ilə su çatdırıldığını deyir. 

Dövlət Su Ehtiyatları Agentliyi Zaqatala su melorasiya sistemləri idarəsi rəisinin müavini Qabil Qurbanov sel suların yaratdığı fəsadlarla bağlı bizə çəkilən kadrları təqdim edib. 

Qabil Qurbanov idarə əməkdaşlarının bu günlər fasiləsiz işlədiklərini və problemin aradan qaldırılması üçün çalşdıqlarını bildirir.


“Leysan yağışları nəticəsində filtrlərimizdə qəzalar olub, rayona suyu fasilələrlə verməyə məcbur olmuşuq. Lakin bütün tədbirləri görmüşük, qabaqlayıcı tədbirlər də görmüşük, filtrlər, qidratlar təmizlənib, Zaqatala şəhərinə suyun verilməsi tam normala dönüb” deyə fikrini tamamlayır.

Qabil Qurbanov onu da bildirib ki, son sel-sulardan sonra əksər su filtrləri zədələnib ya sıradan çıxıb. Bununla yanaşı çaylarda suyun lillənməsi onların işini daha da çətinləşdirir. Əgər hava şəraiti belə davam edərsə qarşıdakı aylarda məhdudiyyətlərdən istifadə etmək məcburiyyətində qalacaqlar.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

End of content

No more pages to load

RADİO