Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR? – Rəsmi AÇIQLAMA

Azərbaycanda erkən nikahın qarşısını almaq üçün müvafiq qanunlar mövcuddur və erkən nikahı qadağan edən normalar var. Aydındır ki, nikah yaşı qanunla 18 yaş və üzəri müəyyən edilib. Yəni bu yaşdan aşağı nikah qadağandır. Amma praktikada hər kəs qanuna əməl etmir. Bir çox hallarda ailələr və yerli icmalar qanunu gözardı edir, erkən nikahlara dolayısı yolla yol verirlər.
 

Nəticəsə uşaqlar, xüsusilə qızlar, təhsildən yayınaraq erkən nikaha cəlb edilirlər. Gənc qızlar öz arzularını ifadə etməkdə çətinlik çəkir, ailənin və cəmiyyətin tələblərinə uymalı olurlar. Bu da erkən nikahların davam etməsinə səbəb olur.



Qeyd edək ki, məktəblərdə cinsi tərbiyə və hüquqi maarifləndirmə dərsləri aparılır, bu dərslərdə erkən nikahın zərərləri, uşaqların hüquqları və sağlam həyat tərzi mövzularına toxunulur.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə əsasən, təhsilalanlar ibtidai təhsil səviyyəsindən başlayaraq öz hüquqları barədə məlumatları mənimsəyir, xüsusilə “Həyat bilgisi” fənnində uşaq hüquqları barədə biliklərə yiyələnirlər”.

Bəs erkən nikahın qarşısının alınması ilə bağlı məktəblərdə aşılanan bilgilər nə qədər effektlidir? Konkret bu mövzuda tədris proqramı var?

Bu barədə Elm və Təhsil Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
 

Qeyd olunub ki, ümumi orta və tam orta təhsil səviyyələrində isə təhsilalanların yaş səviyyəsinə uyğun olaraq, Biologiya fənni üzrə dərsliklərdə reproduktiv sağlamlığa dair daha geniş anlayışlar və məlumatlar təqdim olunur.


“Əlavə olaraq, ümumi təhsil pilləsi üzrə təhsilalanlar arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası evliliklərin qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə aidiyyəti qurumların birgə səyləri nəticəsində “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” hazırlanmış və rəqəmsal versiyası www.trims.edu.az saytının “Tövsiyə olunan tədris resursları” bölməsində yerləşdirilib. Ötən tədris illərində sözügedən metodik vəsait üzrə ölkənin bütün regionlarında yerləşən ümumi təhsil müəssisələrində maarifləndirmə işi təşkil olunub”.

QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması - bəndinə uyğun olaraq hazırlanıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

End of content

No more pages to load

RADİO