Yeni tikilən çoxmərtəbəli binalara qaz verilməyəcək? - Narahatlıq yaradan suallara cavablar

Milli Məclisdə müzakirələr zamanı energetika nazirinin müavini Elnur Soltanovun səsləndirdiyi fikirlər ciddi narazılıq yaradıb. E.Soltanov "İstilik təchizatı haqqında" yeni qanun layihəsindən danışarkən onun tətbiqindən sonra çoxmərtəbəli binalara təbii qazın daxil olmayacağını və evlərdə isti sudan istifadə üçün əsasən, elektrik enerjisindən istifadə ediləcəyini bildirib.

Bu fikrə sosial şəbəkələrdə münasibət bildirənlərin bir qismi qeyd edib ki, yeni tikilən binalara təbii qazın verilməməsi həmin binaların tam şəkildə elektrik enerjisi ilə təmin olunması deməkdir. Belə olduğu halda həmin binaların elektrik təminatında yüklənmələrin qarşısını almaq mümkün olacaqmı?

Bir qrup isə qaza nisbətdə elektrik enerjisindən istifadənin vətəndaşın maddi cəhətdən daha çox yüklənməsinə səbəb olacağını, münasib tənzimlənmə üsulunun tətbiqinin vacibliyini qeyd edib.

Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az” araşdırma aparıb.

Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov bildirib ki, nazir müavininin söylədiyi fikirdə söhbət təbii qazın verilməyəcəyindən yox, yeni tikilən binaların mərkəzi istilik sistemi ilə təmin olunmasından gedir:
 

"Əslində, qanun layihəsi çoxmərtəbəli binalara təbii qazın daxil olmamasını nəzərdə tutmur. Elnur müəllimin demək istədiyi odur ki, yeni tikilən binalarda mərkəzi istilik sistemi tətbiq olunduqdan sonra artıq təbii qaza çox da ehtiyac qalmaya bilər. Təbii qazın verilişi dayandırılacaq deyə bir fikir yoxdur", - deyə C.Mikayılov bildirib.


Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Oxu.Az-a açıqlamasında bildirib ki, qaz təchizatı ilə bağlı gələn yeni qanun layihəsi hələ müzakirə olunmayıb. Yəqin ki, iyunun 10-dan sonra müzakirəyə çıxarılacaq.

"Müzakirədən sonra bu suallara cavab verə bilərik", - deyə komitə sədri vurğulayıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Vüqar Rəhimzadə isə müzakirə olunacaq sözügedən qanun layihəsi ilə bağlı ətraflı məlumat verib.

O ilk olaraq vurğulayıb ki, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf ölkəmizin əsas prioritetləri sırasındadır:

"Prezident İlham Əliyev Bakı Enerji Forumunun rəsmi açılış mərasimindəki çıxışında diqqəti bu məsələyə yönəldərək bizim yaşıl enerji gündəliyimizin çox geniş olduğunu bildirdi. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir. Son illər ölkəmizdə enerji sahəsində, xüsusən bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində layihələr həyata keçirilir. Həyata keçirilən siyasət nəticəsində enerji diversifikasiyası, yeni və qənaətcil texnologiyaların tətbiqi ilə enerji effektivliyində böyük irəliləyiş əldə olunub.

"İstilik təchizatı haqqında" qanun layihəsinə gəlincə, V.Rəhimzadə bir neçə gün əvvəl Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirə edilən bu layihənin vətəndaşların sosial rifahına, şəhərsalma proseslərinə və enerji təhlükəsizliyinə birbaşa təsir göstərən çox vacib sənəd olduğunu diqqətə çatdırıb.
 

"Müasir yanaşmalara uyğun hazırlanmış "İstilik təchizatı haqqında" qanun layihəsi istilik enerjisinin istehsalı, paylanması, satışı və istifadəsinə dair hüquqi, iqtisadi və təşkilati əsasları müəyyənləşdirir.


Bu layihədə mərkəzləşdirilmiş istilik sistemlərinin təkmilləşdirilməsi, fərdi istilik sistemlərinin hüquqi statusu, enerji resurslarından istifadədə səmərəliliyin artırılması və bərpaolunan enerji mənbələrindən istifadənin stimullaşdırılması məsələləri xüsusi yer tutub.

Eyni zamanda, layihə istilik təchizatı sektorunun səmərəli, təhlükəsiz və davamlı fəaliyyətini təmin etməklə dövlət-özəl tərəfdaşlığını, texniki tələblərin standartlaşdırılmasını və bazar mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Hazırda müzakirə edilən bu qanun layihəsinin qəbulu istilik enerjisi təchizatı sahəsində keyfiyyətin yüksəlməsinə, binaların istilik təchizatı ilə bağlı bir çox məsələlərin effektiv həllinə kömək edəcək.

Bir daha qeyd etmək istərdim ki, qanun layihəsinin müzakirələrində əsas məqsəd vətəndaşların rifah halının yaxşılaşdırılması və ekoloji təhlükəsizliyin təmin edilməsidir. Belə ki, bu qanun layihəsi ilə daha sərfəli, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı istilik təchizatı sistemlərinin tətbiqinə imkan yaranacaq, bundan əlavə, istilik təchizatı sektorunun inkişafı, istilik təchizatı obyektlərinin tikintisi, yenidən qurulması, istilik şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi, habelə istilik enerjisi istehsalçılarının və istehlakçılarının maraqlarının qorunması təmin ediləcək", - deyə millət vəkili bildirib.

V.Rəhimzadə onu da vurğulayıb ki, bu məsələdə dövlət-özəl tərəfdaşlığı da vacib əhəmiyyət kəsb edir:

"Bu sahədə beynəlxalq təcrübə öyrənilib. Ona görə də çoxmənzilli binalarda mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqi səmərəlilik və təhlükəsizlik baxımından daha əlverişlidir. "İstilik təchizatı haqqında" qanun layihəsi ilə istilik sistemlərinin idarəolunmasında daha çevik və fərdi yanaşma imkanları yaradılır ki, bu halda da tarif anlayışı əvvəlki qədər əhəmiyyət daşımayacaq.

Yəni vətəndaşlar bu məsələdə sərbəst seçim hüququna sahib olacaqlar - istər dövlət qurumuna, istərsə də alternativ təminatçılara müraciət edərək xidmət ala biləcəklər. Bina sakinlərinin birləşərək kooperativ şəkildə öz istilik sistemlərini idarə etməsi də mümkün olacaq. Təchizatçının seçilməsi mənzil mülkiyyətçilərindən asılı olacaq".

Deputat qanun layihəsinin qəbulundan sonra xüsusi olaraq gələcəkdə ucqar və inkişaf potensialı yüksək olan ərazilərdə istilik nasosları kimi yeni texnologiyaların tətbiqinin də nəzərdə tutulduğunu diqqətə çatdırmağı lazım bilib.
 

"Bu texnologiya Avropada da aktualdır. Gələcəkdə onun Qarabağda tətbiqi reallaşa bilər. Qarabağda mərkəzləşdirilmiş istilik sistemlərinin qurulması da qarşıda dayanan əsas vəzifələrdən biridir.


Bildiyimiz kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilədək "xalis sıfır emissiya" bölgəmiz olacaq və bu, Azərbaycanın iqlim strategiyasına uyğun olaraq beynəlxalq miqyasda nümunə kimi təqdim edilir", - deyə deputat qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

End of content

No more pages to load

RADİO