İbrahim Mehdiyev danışdı - “Cinayət işi xəbərinin əsası yoxdur”

Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyev barəsində cinayət işi açılması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Moderator.az xəbər verir ki, Sabiq başçı BakuPost-a açıqlamasında vətəndaşları aldatdığı üçün haqqında cinayət işi açılan "İnşaat Konstruksiyaları” MMC-nin ona məxsus olması barədə yayılan məlumatın həqiqəti əks etdirmədiyini deyib.xa0

Eks-başçının sözlərinə görə, o, hələ Yasamal rayon İcra Hakimiyyətinin başçısı olarkən 2016-cı ildəxa0 Bakının mərkəzi rayonlarında istismar müddəti başa çatmış, insanların çox yaşadığı qəzalı mənzillərlə əlaqədar dövlət başçısının təşəbbüsü ilə bir pilot layihə başlayıb: "Pilot layihədə əsas məqsəd o idi ki, qəzalı, istismar üçün yararsız binalardakı sakinlər köçürülsün, yerində yaxşı şəraitə malik yaşayış binaları tikilsin. Sakinlərə də yeni binadaxa0 mövcud yaşayış mənzillərindən sahəsi 20 faiz böyük mənzillər verilsin. Bu təşəbbüsün nticəsində ötən müddət ərzində minlərlə ailə öz mənzil şəraitini yaxşılaşdırıb və yeni evlərdə yaşayırlar.xa0 xa0xa0
Bizim rayonumuzda bu təşəbbüs ictimaiyyət tərəfindən çox yüksək qəbul olundu və bizim rayonda da bu işlər gedirdi”.

İ. Mehdiyev "İnşaat Konstruksiyaları” MMC barədə məlumatsız olduğunu vurğulayıb: "Əgər belə şirkət varsa, mən də belə bir təşəbbüsə ləkə salan bir şirkətin qanunun ən ciddi tələbləri ilə cəzalandırılmasını istərdimn. Mənim o tikinti şirkəti ilə əlaqəmin olmasına gəlincə, bu xəbərin heç bir əsası yoxdur. Mən uzun illər istehsalatda, 17 il isə rayon icra hakimiyyəti başçısı işləmişəm. Ölkə başçısı tərəfindən əməyim qiymətləndirilib, "Şöhrət” ordeni ilə təltif olunmuşam. Mən hazırda layiqli təqaüd həyatımı yaşayıram, nəvələrimin yanındayam. İndi də nəvələrim yanımdadır”.

Qeyd edək ki, dünən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğu birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla sözügedən ünvanda mövcud olan yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil və 3 qeyri-yaşayış obyektinin söküldüyü müəyyən edilərək bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Aparılmış araşdırmalarla İnşaat Konstruksiyaları MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bəzi media orqanları isəxa0 həmin tikinti şirkətinin Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyevə məxsus olduğunu yazmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı

Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı

Berlin polisi su şırnaqları ilə yüzlərlə insanın köməyinə çatdı - VİDEO

Berlin polisi su şırnaqları ilə yüzlərlə insanın köməyinə çatdı - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Slavyansk neft emalı zavodu dron hücumundan sonra - VİDEO

Slavyansk neft emalı zavodu dron hücumundan sonra - VİDEO

Tovuzdakı qəzada xəsarət alanların SON DURUMU

Tovuzdakı qəzada xəsarət alanların SON DURUMU

Türkiyə Futbol Federasiyası Montella bağlı qərarını verdi

Türkiyə Futbol Federasiyası Montella bağlı qərarını verdi

Qadın evindəki “domovoy”u VİDEOYA çəkdiyini deyir

Qadın evindəki “domovoy”u VİDEOYA çəkdiyini deyir

Yaponiyada rusiyalı residivist saxlanıldı

Yaponiyada rusiyalı residivist saxlanıldı

Rassel "Formula 1" Avstriya Qran-prisinin qalibi oldu

Rassel "Formula 1" Avstriya Qran-prisinin qalibi oldu

Evdən yaşlı qadın meyiti tapıldı

Evdən yaşlı qadın meyiti tapıldı

Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün

Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün

Yayın ortasında 5 metr QAR YAĞDI

Yayın ortasında 5 metr QAR YAĞDI

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına BAŞSAĞLIĞI - FOTO

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına BAŞSAĞLIĞI - FOTO

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

End of content

No more pages to load

RADİO