“Türk mətbəxinin klassik yeməkləri” nümayiş olunacaq - FOTOLAR

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu dəfə ənənəvi tədbir mayın 21-dən 27-dək keçiriləcək. Builki tədbir, davamlı, sağlam və ənənəvi bişirmə üsullarını ön plana çıxararaq “Türk Mətbəxinin Klassik Yeməkləri” mövzusu ilə yadda qalacaq.

Türk Mətbəxi Həftəsi hər il Türkiyənin  ölkə daxilində və xaricindəki nümayəndəlikləri tərəfindən təşkil olunan silsilə tədbirlər və sosial media kampaniyaları ilə qeyd olunur.

Bu təşəbbüs, minilliklər boyu mədəni mübadilə, davamlı təcrübələr və dərin köklü qastronomik ənənələrlə formalaşan Türkiyənin kulinariya zənginliyini dünyaya tanıtmağı hədəfləyir. Hər il fərqli bir mövzu seçilərək Türk mətbəxinin çoxşaxəliliyi nümayiş etdirilsə də, bu il təşkil olunacaq müxtəlif tədbirlər vasitəsilə Türk mətbəxinin əsasını təşkil edən klassik yeməklər və ənənəvi Türk qonaqpərvərliyi xüsusi vurğulanacaq.

Anadolu süfrələrindən dünyaya açılan Türk mətbəxinin təməl yeməkləri

Türkiyənin zəngin kulinariya mənzərəsi məhsuldar coğrafiyası və əsrlər boyu formalaşmış ənənələri ilə dərin köklərə sahibdir və onu əsl qastronomik cənnətə çevirir. Nəsildən-nəslə ötürülən, ölkənin hər bir bölgəsində sevgi ilə hazırlanan bu klassik ev yeməkləri, Türk mətbəxinin zənginliyinin əsasını təşkil edir.
 

Yerli və mövsümi məhsullarla, sadə, lakin düşünülmüş üsullarla hazırlanan bu yeməklər, Türk kulinariya irsinin mahiyyətini əks etdirir. Ənənəvi, sağlam və israfdan uzaq mətbəx dəyərlərini bu günə daşıyan klassik yeməklər, eyni zamanda Anadolunun köklü dəyərlərinin – qonaqpərvərlik, birlik və həmrəyliyin – simvoludur. Axı, bu yeməklər ailələri, dostları və qonaqları bir araya gətirən isti və səmimi Türk süfrələrinin təməl daşıdır.


2025-ci il Türk Mətbəxi Həftəsinin menyusu zamanın sınağından çıxmış yeməklərlə zəngindir. “Türk Mətbəxinin Klassik Yeməkləri” mövzusuna uyğun olaraq hazırlanan menyuda bir çox tanınmış təamlar yer alacaq. Ləziz dadı ilə seçilən Mərci Şorbası və Tarhana Şorbası, soğan və pomidor içlikli badımcan yeməyi olan İmambayıldı, ənənəvi Türk mantısı, həmçinin içlikləri kartof, pendir, göyərti və ya qiymə ilə dəyişən Börek növləri təqdim ediləcək.

Zəngin dad harmoniyası yaradan yeməklər – Karnıyarık (qiymə ilə doldurulmuş badımcan)-Düyü-Cacıq, Kuru Fasulye (ağ lobya xörəyi)-Düyü-Turşu və Qarışıq Dolma (içlikli tərəvəzlər)-Qatıq – evdə bişirilən Türk mətbəxinin dolğun kulinariya səyahətini vəd edir.

Bu dadlı menyunu təravətləndirici Bostana və Çoban salatları, eləcə də müxtəlif növ Hoşaflar (kompotlar) tamamlayacaq.

Şirniyyat sevərləri isə süfrənin sonunda Tavukgöğsü (toyuq ətli südlü desert), Kazandibi (karamelləşmiş südlü pudinq) və məşhur Bakıra kimi ləzzətli Türk şirniyyatları ilə unudulmaz bir dad təcrübəsi yaşayacaqlar.

Türk Mətbəxi Həftəsi, eyni zamanda ölkənin zəngin regional müxtəlifliyinin tanıdıldığı mühüm bir platformaya çevrilir. Türkiyənin 81 vilayətinin hər biri, əsrlər boyu formalaşmış mədəni mübadilə, yerli iqlim və təbii məhsulların təsiri ilə yaranan ənənəvi reseptlərin özünəməxsus təqdimatlarını nümayiş etdirəcək.
 

Egey sahillərinin zeytun yağlı yüngül yeməklərindən tutmuş, Cənub-şərq bölgəsinin ədviyyatlı və güclü dadlara malik spesiyalitələrinə, Qara dəniz regionunun balıq və dəniz məhsulları ilə zəngin mətbəxinədək Türk Mətbəxi Həftəsi ziyarətçiləri ölkənin hər guşəsindəki dadlı səfərə dəvət edir.


Bölgələrdə keçiriləcək tədbirlər bu yerli klassikləri ön plana çıxararaq iştirakçılara həm əsl yerli ləzzətləri dadmaq imkanı verəcək, həm də hər bir regionun gündəlik həyatı və mədəni irsi ilə daha yaxından tanış olmaq fürsəti yaradacaq.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

Tramp: UKRAYNA və İRAN münaqişələri eyni vaxtda bitə bilər

Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

Lavrov Astanaya getdi

Lavrov Astanaya getdi

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

End of content

No more pages to load

RADİO