Dövlət Sərhəd Xidmətinin Akademiyasını bu il 168 kursant bitirib - FOTO

Mayın 10-da Dövlət Bayrağı Meydanında Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının növbəti məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

DSX-dən Bizim.Media-ya bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə keçirilən tədbirdə gənc zabitlər Fəxri xiyabana gələrək dahi öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Daha sonra Ulu Öndər Heydər Əliyevin Dövlət Sərhəd Xidmətinin yaranmasında, formalaşmasında və inkişafında əvəzsiz xidmətləri, onun uzaqgörən siyasəti nəticəsində sərhədlərimizin mühafizəsinin müstəqil dövlətçiliyimizin mühüm dayaqlarından birinə çevrildiyi xüsusi vurğulanıb, bu strateji kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, tariximizin ən böyük sərkərdəsi İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən böyük qürur hissi ilə qeyd olunub.


Məhz Prezidentin qətiyyətli siyasəti və beynəlxalq arenada nümayiş etdirdiyi prinsipial mövqe sayəsində ölkəmiz regionda söz sahibi olan qüdrətli dövlətə çevrilib, ərazi bütövlüyümüz, suverenliyimiz və sərhədlərimiz tam bərpa olunub. Bu şərəfli yolda Azərbaycan sərhədçiləri daim yüksək sədaqət, fədakarlıq və peşəkarlıq nümayiş etdiriblər.

Mərasim zamanı məzunlara diplomlar təqdim olunub və gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.

Gənc zabitlərin DSX Akademiyasında aldıqları təhsilin, onların vətənə bağlılığının qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə şərait yaradacağı, zabit andına sadiq qalaraq vətənimiz Azərbaycana şərəf və ləyaqətlə xidmət edəcəkləri əminliklə ifadə olunub.

Dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi
zabitlərin yetişdirilməsində xüsusi rolu olan, eyni zamanda, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilən DSX Akademiyasından bu il 168 kursantın məzun olduğu, 5 kursantın isə təhsilini qırmızı diplomla başa vurduğu qeyd olunub.

Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitləri təbrik edərək onların valideynləri ilə görüşüb, vətənə layiqli, vətənpərvər övladlar yetişdirdikləri üçün onlara minnətdarlığını bildirib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Rusiyada yanacaqdoldurma məntəqəsində atışma oldu

Rusiyada yanacaqdoldurma məntəqəsində atışma oldu

Ermənistan sabah TRIPP üzrə çərçivə sazişini təsdiqləyəcək

Ermənistan sabah TRIPP üzrə çərçivə sazişini təsdiqləyəcək

Tehranda Trampın nəhəng plakatı yerləşdirildi

Tehranda Trampın nəhəng plakatı yerləşdirildi

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Odessa yaxınlığındakı gəmidə dron hücumuna məruz qalmış soydaşımızdan AÇIQLAMA

Odessa yaxınlığındakı gəmidə dron hücumuna məruz qalmış soydaşımızdan AÇIQLAMA

Azərbaycan XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: “Həmin ərazilərdə işləməyin!”

Azərbaycan XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: “Həmin ərazilərdə işləməyin!”

Bakının çağırışları fonunda UNESCO-nun SÜKUTU - Qarabağın dağıdılmış tarixi irsi niyə araşdırılmır? – VİDEO

Bakının çağırışları fonunda UNESCO-nun SÜKUTU - Qarabağın dağıdılmış tarixi irsi niyə araşdırılmır? – VİDEO

Bir vəkil kollegiyadan xaric edildi – SƏBƏB

Bir vəkil kollegiyadan xaric edildi – SƏBƏB

Latviyalı nazirdən rus dili ilə bağlı SƏRT AÇIQLAMA: “Yoxa çıxmalıdır”

Latviyalı nazirdən rus dili ilə bağlı SƏRT AÇIQLAMA: “Yoxa çıxmalıdır”

ABŞ-da yeni TENDESİYA: İfrat varlılar bütöv məhəllələri almağa başlayıblar

ABŞ-da yeni TENDESİYA: İfrat varlılar bütöv məhəllələri almağa başlayıblar

Zelenski: “Ukrayna ildə 20 milyon dron istehsal edəcək” – VİDEO

Zelenski: “Ukrayna ildə 20 milyon dron istehsal edəcək” – VİDEO

Baş Prokurorluqdan“Magna trans”ın rəhbərinin iddiaları ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan“Magna trans”ın rəhbərinin iddiaları ilə bağlı AÇIQLAMA

"Vampir gündəlikləri"nin ulduzu Hollivuddan niyə imtina etdiyini ilk dəfə açıqladı

"Vampir gündəlikləri"nin ulduzu Hollivuddan niyə imtina etdiyini ilk dəfə açıqladı

Əli Əsədovla Slovakiya Prezidenti arasında GÖRÜŞ: Nələr müzakirə edildi? – FOTO

Əli Əsədovla Slovakiya Prezidenti arasında GÖRÜŞ: Nələr müzakirə edildi? – FOTO

Deputatlar baş nazir vəzifəsinə namizədlə görüşdülər

Deputatlar baş nazir vəzifəsinə namizədlə görüşdülər

Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs SAXLANILDI

SON DƏQİQƏ! ABŞ ordusu İrana qarşı yeni hücum dalğasına BAŞLADI - VİDEO

SON DƏQİQƏ! ABŞ ordusu İrana qarşı yeni hücum dalğasına BAŞLADI - VİDEO

Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişir

DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişir

Tiranozavrın skeleti hərracda rekord qiymətə satıldı

Tiranozavrın skeleti hərracda rekord qiymətə satıldı

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

End of content

No more pages to load

RADİO