Teymur Musayev Şanxay Əməkdaşlıq Təşkilatı səhiyyə nazirlərinin VIII iclasında çıxış edib – FOTO

Çinin Sian şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) səhiyyə nazirlərinin VIII iclası keçirilir.

Bizim.Media xəbər verir ki, beynəlxalq tədbirdə ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malik olan ölkəmizi səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Açılış nitqi ilə çıxış edən Çinin Milli Səhiyyə Komissiyasının naziri Ley Hayçao tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, builki iclasda rəqəmsal səhiyyə, ənənəvi təbabət, ilkin səhiyyə xidmətləri və təcili tibbi yardım kimi vacib səhiyyə sahələrində fəaliyyətlərin birgə effektiv əlaqələndirilməsi müzakirə olunacaq.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında ŞƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin VIII iclasının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Nazir 3 iyul 2024-cü iltarixində Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunduğunu xatırladıb: “Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində vurğulayıb ki, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır”.
 

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində 23 aprel 2025-ci il tarixində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalandığını diqqətə çatdırıb: “Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə dövlət səfəri ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək və inkişafını sürətləndirəcək”.


“Prezident İlham Əliyevin rəhbərliyi altında sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal dövlət idarəçiliyinə keçid və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan Respublikasının regionun aparıcı ölkəsi kimi mövqeyini gücləndirib. Dövlət başçısı öz çıxışında qeyd etdiyi kimi, COP29-un Bakıda keçirilməsinə dair yekdil qərar ötən ilin noyabrında beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının göstəricisidir. Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması və sağlam həyat tərzinin təşviqi Azərbaycan hökumətinin əsas prioritetləridir”, - deyə Teymur Musayev bildirib.

Nazirin sözlərinə görə, qlobal səhiyyə son illər pandemiya, iqlim dəyişikliyi kimi amillərin təsiri ilə həm irəliləyişlər, həm də geriləmələr yaşayıb. Eyni zamanda, qlobal böhranlar müsbət dəyişikliklər üçün imkanlar yaradır və onlar tərəqqiyə aparan addımlar kimi qiymətləndirilməlidir:

“Böyük ehtimalla səhiyyə sektorunun inkişafı texnoloji tərəqqi, məlumatların təhlili və fərdiləşdirilmiş tibbə keçidin formalaşması ilə müəyyən ediləcək. Dünya səhiyyə işçiləri çatışmazlığı ilə üzləşdiyi bir zamanda bizə yeni köməkçi – süni intellekt qoşulur. Onun ən mühüm töhfələrindən biri xüsusilə ilkin səhiyyə sistemlərini gücləndirməklə, səhiyyə xidmətlərinə çıxışı genişləndirməkdir. Bu texnologiyaların tam inteqrasiyası məqsədilə süni intelektin praktiki imkanlarından səmərəli istifadə etmək üçün qanunvericilik bazasının hazırlanması zəruridir”.

“Rəqəmsal alətlərin çox böyük faydaları olsa da, onlar insan amilini əvəz etməməli, tibb işçilərinə birbaşa xəstə baxışına daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr olmalıdır.

Səhiyyə sistemlərinin digər əsas aspekti davamlılıqdır. Ətraf mühitə təsiri minimuma endirmək, enerji istehlakını azaltmaq və davamlılığı təşviq etmək üçün biz “yaşıl xəstəxana”ların sayını artırmalı və səhiyyə müəssisələrində enerji səmərəliliyinə sərmayə qoymalıyıq. Səhiyyə sektoruna yatırımlar ümumi gələcəyə qoyulan investisiyalardır”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.
 

Təşkilata üzv ölkələrin səhiyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri öz şıxışlarında ŞƏT-ə üzv ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın əsas istiqamətləri barədə məlumat veriblər. Həmçinin, regionun bütün ölkələrinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə fəal dəstək verdiyi vurğulanıb.


Sonda görüş iştirakçıları ŞƏT-ə üzv dövlətlərdə səhiyyə sisteminin inkişafı, bu sahədə beynəlxalq təşkilatların rolu, tibb və əczaçılıq kadrlarının potensialının artırılması, o cümlədən ilkin səhiyyə, rəqəmsal səhiyyə və xalq təbabəti sahəsində ölkələr arasında əməkdaşlıq perspektivləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI

19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

End of content

No more pages to load

RADİO