“146 vərəsə ilə bağlı qərar qəbul olunub”

"Şəhid ailələrinin sosial mənafeyinin yüksəldilməsi hər zaman prioritet məsələlərdən olub. Bu proses davamlı xarakter daşıyır. Burada əsas məqsəd şəffaflığın təmin edilməsi idi. Bunun üçün də elektron sistem tətbiq edilib".

Moderator.azxa0 xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev son günlər Prezident Administrasiyası və digər aidiyyəti orqanlar qarşısında etiraz edərək vaxtilə sığorta ödənişinixa0 almadıqlarını və onlara təqdim edilən sübutların saxta olduğunu bildirən şəhid hərbi qulluqçuların vərəsələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 9 oktyabr tarixindən 300-dən artıq şəhid hərbi qulluqçuları ilə bağlı sənəd qəbul olunub. 2 noyabr 114 hərbi qulluqçunun 146 vərəsəsinə birdəfəlik ödənişin verilməsi ilə bağlı qərar qəbul olunub. Bu il həmin vərəsələrin yarısına, növbəti ildə də digər yarısına verilməsi nəzərdə tutulub.

Ancaq müraciətlər arasında şikayətlər də var. Biz də aidiyyatı orqanlardan şikayətlərlə bağlı sənədləri əldə etməyə çalışmışıq. Müvafiq sənədləri əldə etmişik və məlum olub ki, 80 müraciət üzrə ödəniş olunub. Lakin onlar yenə də ödənişi almadıqlarını iddia edir. Onu da qeyd edim ki, daxil olan müraciətlərdə anlaşılmazlıqlar da mövcuddur. Onlar diqqətsizlik səbəbindən bizə şikayət edərək ödənişi ala bilmədiklərini bildirib".

Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta)xa0sədr müavinixa0Aftandil Hacıyevxa0bildirib ki, müraciət edənlərin çoxu o vaxt əmanət bankından pulu almadığını vurğulayıb: "O vaxtkı qanunvericiliyə uyğun olaraq ödənişlər edilib. Çoxu da bu məbləğin az olduğunu, yenidən ödəniş almaq istədiyini bildirir. Vərəsələr ərizə formasında müraciət edərək deyirlər ki, niyə əllə yazılıb. O vaxt kompüter sistemi yox idi. Jurnal əllə yazıldığı üçün inanmırlar, onu doğru saymırlar. Ancaq bu jurnal möhürlənib və əsas sənəd kimi sayılır. Məbləğlər bir neçə dəfə dəyişib. Rayon filiallarında imzayla pul alınmayıb, pul yalnız əmanət banklarından alınıb. 25 il keçib, bu böyük rəqəmdir. Kadr dəyişiklikləri olub. Dadaşov Yusif Neftçala rayonundan müraciət edib. Ancaq əlimizdə sənəd var ki, əmanət kassasından vərəsələri 200 min rubl pul köçürülüb".

Dövlət Sığorta Kommersiya Şirkətinə 200-dən çox şikayət ərizəsi daxil olub.





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

End of content

No more pages to load

RADİO