“Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib.

Tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin həmkarlar ittifaqlarının üzvləri iştirak ediblər.

Konfrans iştirakçıları “Gülüstan” sarayının foyesində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən uşaqlar arasında keçirilən “Əməyin mühafizəsi” və “Ekologiya mənim fırçamda” rəsm müsabiqələrinin qaliblərinin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əhalinin sosial rifahının yüksəldilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.


Layiqli əməyin təminatı sahəsində aparılan islahatları, uğurlu məşğulluq proqramlarını qeyd edən nazir “Əmək və məşğulluq” altsisteminin üstünlüklərini, dövlətin sosial xidmətlərinin elektronlaşdırılması sahəsində son illər əldə olunan uğurları diqqətə çatdırıb.

O, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində son illər atılan mühüm addımları, hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişiklik üzərində işlər aparıldığını qeyd edərək bildirib ki, əməyin mühafizəsi üzrə artıq 58 milli standart təsdiq edilib və daha 111 standart da hazırlanır. 2023-cü ildən fəaliyyətə başlayan Əməyin Mühafizəsi Mərkəzinin, “DOST Müfəttiş” layihəsinin işəgötürənlərə əmək qanunvericiliyinin tətbiqi sahəsində dəstəyini qeyd edən Anar Əliyev iş yerlərində əməyin mühafizəsinin prioritet məsələlərdən olduğunu, bu istiqamətdə davamlı nəzarət, təlimlər və qabaqlayıcı tədbirlərin önəmini vurğulayıb.

O həmçinin bu konfransın əmək sferasında baş verən transformasiyaya cavab olaraq yeni təşəbbüslərin, innovativ yanaşmaların müəyyən edilməsində önəmini bildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov konfransın mövzusunun aktuallığını vurğulayıb, rəqəmsallaşmanın və süni intellektin əmək bazarına təsirlərini qeyd edib.


Bildirilib ki, texniki bacarıqları və müasir əmək vərdişləri olmayan işçilər əmək bazarında müəyyən çətinliklərlə qarşılaşa bilər. Bu baxımdan, işçilər yeni tələblərə və çağırışlara uyğunlaşmalı, bilik və bacarıqlarını artırmalıdırlar. Bu istiqamətdə Azərbaycanda sistemli və ardıcıl işlər görülür. Qeyd olunub ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqamətlərindəndir.

Vurğulanıb ki, ölkəmizdə qəbul edilən “Süni İntellekt Strategiyası” inklüziv məşğulluğun inkişafına, yeni əmək vərdişlərinin formalaşmasına töhfə verəcəkdir.


Tədbirdə Azərbaycan həmkarlar ittifaqlarının gördüyü işlər və nəzərdə tutulan tədbirlər, həmçinin Konfederasiyanın yeni layihələri barədə məlumat verilib.

ASK-nın prezidenti Məmməd Musayev çıxışında özəl sektorun inkişafı, sahibkar-dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb, yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsində xüsusi yeri olan sahibkarlığın inkişafı sahəsində atılan addımları diqqətə çatdırıb. Məmməd Musayev sahibkarları təhlükəsiz və sağlam əmək məsələlərinə xüsusi həssaslıqla yanaşmağa, bu sahəyə ciddi investisiya və diqqət ayırmağa çağırıb.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru cənab Jilber Hunqbo, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Trianql, Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan, BƏT-in Əmək administrasiyası, əmək müfəttişliyi və əməyin mühafizəsi bölməsinin rəhbəri Yoakim Pintado Nunes konfransa videomüraciət ünvanlayaraq təbrik və fikirlərini çatdırıblar.

Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova süni intellektin yeni imkanlar açdığını, həmçinin onun faydalarının maksimuma atdırılması və mümkün zərərlərin minimuma endirilməsi üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Layiqli Əmək Səfiri Səbinə Əliyeva əmək bazarında insan amilinin önəmini qeyd edib, elmi-texniki tərəqqinin imkanlarından söz açıb. Bildirilib ki, qlobal informasiya cəmiyyətinin formalaşması və dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları cəmiyyətdə yalnız texniki və sosial dəyişiklikləri şərtləndirmir, eləcə də hüquqi yanaşmanın da dəyişməsini tələb edir.

Sonra çıxış edən İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev Ümumdünya Əməyin Mühafizəsi Günü və kollektiv müqavilənin 120 illiyi ilə bağlı təbriklərini çatdırıb, əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri barədə fikirlərini bölüşüblər.


Konfransda iştirak edən Pan Avropa Regional Şurasının (PARŞ) prezidenti, Moldova Həmkarlar İttifaqları Federasiyasının sədri cənab İqor Zubku, BƏT-in baş mütəxəssisi Gocha Aleksandria və PARŞ-nin Pan Avropa Regional Şurasının siyasi məsələlər üzrə məsləhətçisi Anna Salnikova beynəlxalq əmək standartları və tövsiyələrdən bəhs ediblər, əmək hüquqları, əməyin mühafizəsi istiqamətində təmsil etdikləri təşkilatın gördüyü işlər barədə məlumat veriblər.

Tədbirdə “Süni intellekt və rəqəmsallaşma dövründə əməyin mühafizəsi”, “Şərqdə və Azərbaycanda ilk kollektiv müqavilə - 120 il”, həmçinin AHİK-in “Layiqli Əmək Səfirləri” və "AHİK Plus" layihələrindən bəhs edən videoçarxlar nümayiş olunub.


Qəhrəman şəhid övladlarından ibarət “Zəfər sədası” uşaq xoru, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin musiqi qrupunun ifası dinlənilib. Konfransda AHİK tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” və “Uğurlu kollektiv müqavilə” müsabiqələrinin 2024-cü il üzrə qalibləri mükafatlandırılıb.

Konfrans “Əməyin mühafizəsi: reallıqlar və trendlər” və “Süni intellekt, rəqəmsallaşma: risklər və imkanlar” mövzusunda panel müzakirələri ilə davam edib.
























































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

End of content

No more pages to load

RADİO