Dələduzluqdan zərər görənlər məhkəmədə başlarına gələnlərdən danışdılar

Haker proqramlardan istifadə etməklə külli miqdarda vəsaitlər oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam etdirilib.

Vəfa Vəliyeva zərərçəkən kimi ifadəsində bildirib ki, şikayətim təqsirləndirilən şəxslərdən deyil.

"Şikayətim Elmira adlı şəxsdəndir. Pulu ona vermişəm və ondan tələb edirəm. Elmira dedi ki, Cavanşir adlı əmisi oğlu nazirlikdə çalışır və övladını müəyyən məbləğ qarşılığında işə düzəldəcək. Övladım imtahanda iştirak etdi və nəticə uğursuz oldu. Buna rəğmən onlar övladımı işə düzəldəcəklərini bildirdilər. Bu iş üçün mən 15 min manat ödəniş etdim. Pulu mənə Elmira əmisi oğlu kimi təqdim etdiyi Cavanşir qaytardı. Lakin mən 15 min manatdan əlavə 5500 manat ödəniş etmişəm. Cavanşir dedi ki, mənə 5 500 manat çatmayıb. Çatsa, onu da qaytaracağam".

Zərərçəkən şikayətçi olduğu Elmira Məmmədova isə ifadəsi zamanı vurğulayıb ki, o, qabiliyyət imtahanı ilə əlaqədar olaraq Cavanşir Rüstəmzadəni tanıyıb:

"İdman akademiyasında qabiliyyət imtahanı ilə bağlı tanış olduq. Sonra mən ona qabiliyyət imtahanından keçmək üçün 6 min manat ödəniş etdim. Sonra Vəfa xanım mənə övladının imtahandan kəsildiyini və qabiliyyət imtahanından keçməyə köməyin lazım olduğunu bildirdi. Həm Cavanşirin, həm də Vəfanın səsli ismarışları, mətn mesajları, ödəniş qəbzləri məndə qalıb. Mənim verdiyim 6 min manat da mənə qaytarılmayıb. Mən şikayətçiyəm. Mənim burada marağım olmayıb. Sadəcə Vəfa xanım məndən xahiş etdiyi üçün köməklik etmişəm".

Daha sonra zərərçəkən qismində tanınan Elnar Məmmədov ifadə verib.

O bildirib ki, pensiya düzəltmək üçün Cavanşirə ödəniş edib:

Növbəti proses mayın 21-də davam etdiriləcək.
 

Qeyd edək ki, ötən il iyul ayında Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlayan Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.


Araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Daha sonra o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb.

Həmçinin dəstə üzvləri, həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə təqsirləndirilir.

İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaiti Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürülüb.

Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri, həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə ittiham olunublar. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

End of content

No more pages to load

RADİO