Ədalət Partiyasında nə baş verir? - “Məni üzvlükdən çıxara bilməzlər”

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli partiyadan kənarlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev məlumat verib.

M.Babayev son aylarda M.Rəhimovun partiya daxilində subardinasiyaya əməl etmədiyini, partiya daxilində regionçuluq təbliğatı apardığını bildirib:

“Nizamnaməyə zidd olaraq “Ali Məclis”in iclasını çağırıb, Ali Məclis sədrinin səlahiyyətlərini mənimsəyib, Ali Məclisin üzvü olmaya-olmaya “Ali Məclis”in iclasını apıb, sədrin nizamnaməyə uyğun tətbiq etdiyi “Veto” hüququna məhəl qoymayıb, uzun müddət partiyanın təşkilatlanma prosesinin qarşısını məqsədyönlü şəkildə alaraq, nizamnamənin 4.7.4, 4.8.3,  4.8.4, 4.8.5, 4.8.6, 4.8.7 bəndlərini kobud şəkildə pozub”.
 

Ali Məclis sədrinin sözlərinə görə, törədilən nizamnamə pozuntularının ağır xüsusiyyətləri nəzərə alınaraq siyasi şurada Rəhimov Mütəllim Qara oğlunun Ədalət partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilib.


Məsələ ilə bağlı “sherg.az”a danışan Mütəllim Rəhimli isə sözügedən yığıncağın partiya ilə heç bir əlaqəsinin olmadığını deyib.

Onun sözlərinə görə, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) bir qrup şəxsin toplantı keçirməsi ilə bağlı məsələni araşdıraraq qərar qəbul edib:
 

“Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Onlar məni üzvlükdən çıxara bilməzlər. Həm də ki, partiya üzvü olmayanları, qohum və dostlarını xahiş-minnətlə ora toplayıb partiya adından qərar verə bilməzlər. Bu, özfəaliyyətdir.
 

Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var?! Soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda o necə qərar verir? Həm də Nizamnaməyə görə, partiya üzvünü rayon təşkilatı üzvlükdən çıxara bilər.


Rayon Təşkilatının isə belə bir qərarı yoxdur. Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

End of content

No more pages to load

RADİO