Əhaliyə XƏBƏRDARLIQ – Yeni binalardakı fərdi kombilər SÖKÜLƏ BİLƏR

Yeni hazırlanmış “İstilik təchizatı haqqında” qanun layihəsinə əsasən, təbii qazla qidalanan fərdi istilik sistemlərinin çoxmənzilli yaşayış binalarında istifadəsinə ciddi məhdudiyyətlər tətbiq ediləcək.

Bu, Milli Məclisin son komitə iclasında müzakirəyə çıxarılan qanun layihəsində öz əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mənzillərində kombi olan vətəndaşlar CƏRİMƏLƏNƏCƏK - YENİ QANUN


Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazəsiz inşa edilmiş və ya tikilməkdə olan, eləcə də məlumatlandırma icraatı əsasında tikintiyə başlanılmadan aparılan obyektlərin istilik təchizatı şəbəkəsinə qoşulmasına icazə verilməyəcək.

Yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarında isə mənzillərin vahid istilik mənbəyi və ya bir neçə binanı əhatə edən şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulacaq. Fərdi istilik sistemlərinin layihələndirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda mümkün olacaq.

Bəs yenilik nə vəd edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Ramil Qasımzadə deyir ki, hazırda çoxmərtəbəli binların istilik məsələsində xaotik bir mənzərə var:

“Sovetdən qalma binaların əsas hissəsinə “Azəristiliktəchizat” ASC tərəfindən istilik verilir. Son 25 ildə inşa edilmiş çoxmərtəbəli binaların bir hissəsi MTK-ların qazanxanaları, digər hissəsi isə fərdi kombilər hesabına isidilir. Nəzərə alaq  ki, MTK-lar istiliyi sakinlərə kifayət qədər baha satırlar. Fərdi kombilərdə isə qaz sərfiyyatı çoxdur. Hesab edin ki, bir mənzilin istifadə etdiyi qazla vahid sistem olsa, ən azı 4-5 mənzili isitmək olar.

Ona görə də bu təşəbbüs təqdirəlayiqdir. Yəqin ki, bundan sonra yeni tikiləcək çoxmərtəbəli binaların isidilməsi vahid şəbəkə hesabına həyata keçiriləcək. Nəticədə, binaların eyvanlarındakı kombilərə ehtiyac qalmaycaq. Bu ilk növbədə istehlakçı üçün sərfəlidir. Təbii ki, “Azəristiliktəchizat” ASC də dövriyyəsini genişləndirəcək”.

Bəs, mövcud MTK-larda olan kombilərin taleyi necə olacaq?

Müsahibimiz bildirib ki, hələlik bu barədə konkret fikir yoxdur:

“Ancaq bundan sonra inşa ediləcək çoxmərtəbəli binalarda kombilərin quraşdırılması aradan qaldırılacaq. Bu günə qədər olan kombilər üçün də müəyyən addımlar atıla bilər. Nəzər alaq ki, Bir müddət əvvəl “Azərsu” çoxmərtəbəli binalarda su xətlərin şaxtalardan çıxardı və binaların girişlərində yeni sistem qurdu. Bu layihə özünü doğrultdu.


Gələcəkdə  kombilərlərlə isidilən binalarda da bu tip layihələr həyata keçirilə bilər. MTK-ların qazanxanalarından istilik alan abonentlərin problemini həll etmək heç də çətin olmayacaq. Mövcud xətlər sadəcə “Azəristiliktəchizat” ASC-nin şəbəkələrinə inteqrasiya ediləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

End of content

No more pages to load

RADİO