“Erməni xəstəliyi”ndən xilas olmaq üçün müalicə ÜSULLARI

Dünyada “Erməni xəstəliyi” adı verilmiş qızdırmadan müalicə ilə bağlı məqamlar açıqlanıb.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Qeyd edək ki, “Ailəvi Aralıq dənizi qızdırması” və ya “Erməni xəstəliyi”nin etnik mənşəli olması artıq ötən əsrin 50-ci illərində aydın olub.

1954-cü ildə Livanda tədqiqat aparan ABŞ-nin tibb professoru Hobart A.Reymann yazırdı: "Livan bu xəstəliyin tədqiqi üçün qeyri-adi imkanlar yaradır. Təxminən 1,3 milyon nəfər olan ərəb əhalisi olan ölkədə həmçinin yüz minə yaxın erməni var. Xəstəlik beş il ərzində 72 nəfərdə qeydə alınıb. Xəstələrdən 49-u erməni, 23-ü ərəbdir. Burada xəstəliyin adına “erməni” deyirlər”.

Maraqlıdır ki, Ermənistanın özündə xəstəliyə “İrəvan xəstəliyi” adı verilib.

Hazırda Ermənistanda da sakinlər arasında “Ailəvi Aralıq dənizi qızdırması” geniş yayılıb. Bununla yanaşı, cəmiyyətdə hələ də bu mövzuda müəyyən qadağa var. Hər üç və ya dörd ermənidən biri mutasiyaya uğramış genin daşıyıcısıdır. Bir genetik mutasiya ilə isə heç bir əlamət müşahidə olunmur (ailəvi Aralıq dənizi qızdırmasının simptomları iki mutasiya zamanı özünü göstərir), lakin bu, ermənilər arasında xəstəliyin yayılmasını təsəvvür etmək üçün kifayətdir.

Bununla belə, cəmiyyətdə hələ də bu xəstəliklə bağlı miflər mövcuddur.

"Çox vaxt onlar xəstəliyi gizlətməyə çalışırlar; bir çoxları çəkinir, evlənə bilməyəcəklərindən qorxurlar, bu arada yalnız vaxtında aparılan müalicə nəticələrin qarşısını almağa kömək edəcək", - revmatoloq, “Nairi” Tibb Mərkəzinin Revmatoloji-İmmunologiya Xidmətinin rəhbəri Vaan Mukuçyan yerli mətbuata müsahibəsində bildirib.

Xəstəliyin son dərəcə ağır fəsadı həm qadınlarda, həm də kişilərdə sonsuzluqdur. Bu baxımdan Mukuçyan vurğulayıb ki, əgər xəstəlik vaxtında aşkar edilsə və dərman qəbul edilsə, mutasiyaya uğramış genlərin daşıyıcıları üçün uşaq dünyaya gətirmək şansı adi insanlarda olduğu kimidir.

“Erməni xəstəliyi” və ya “Aralıq dənizi qızdırması” səhhətin kəskin pisləşməsi ilə müşayiət olunur. Xəstəlik ümumiyyətlə, müxtəlif simptomlarla xarakterizə edilir. Xəstəliyin əsas əlamətləri qarın və ya döş qəfəsində ağrı ilə birlikdə temperaturun 38-40 dərəcəyə qədər artmasıdır.

Bu, müalicə edilmədikdə böyrək amiloidozuna (sümük iliyi zülalının orqanlarda düzgün olmayan formada toplanması nəticəsində ürək, böyrəklər, qaraciyər, dalaq, sinir, həzm sistemi kimi orqanların düzgün çalışmamasına səbəb olan nadir xəstəlik) səbəb ola biləcək ciddi xəstəlikdir.

Buna görə həkimlər xəstəliklə bağlı kiçik şübhə olduqda israrla genetik testdən keçməyi tövsiyə edirlər. Xəstəliyin əlamətləri müşahidə olunduqda ilk növbədə, genetik qan testi vermək lazımdır. Xəstəlik təsdiqlənərsə, həkim dərmanı və onun dozasını təyin edəcək. Müalicənin ixtisaslı mütəxəssis tərəfindən təyin edilməsi çox vacibdir, xəstə heç vaxt özünü müalicə etməməlidir. Həkim həmçinin əlavə testlərin keçib-keçilməməsini müəyyənləşdirəcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

End of content

No more pages to load

RADİO