Atatürkün şah əsəri - Cümhuriyyət necə yarandı?

Bu gün Türkiyə Cümhuriyyətinin quruluş tarixidir. 95 il öncə - 1923-cü ildə Türkiyə Böyük Millət Məclisi Türkiyəni Cümhuriyyət elan etmişdi.

xa0

Moderator.az Modern.az-a istinadənxa0Türkiyə Cümhuriyyətinin 95 illiyinə qısa nəzər salır.

Birinci Dünya Müharibəsində məğlub olan Osmanlı İmperiyası parçalanaraq ləğv edilməli idi. Lakin Mustafa Kamal Atatürkün başçılığı altında 1919-cu ildə başlayan azadlıq savaşı keçmiş imperiyanın əsas nüvəsi olan Türkiyəni Qərb ölkələrinin müstəmləkəsinə çevrilməkdən xilas etdi, dövlətçiliyini qorudu.

xa0

1923-cü il oktyabrın 29-da müstəqil Türkiyə dövlətini qurmaq yolunda Atatürk bir çox çətinlikləri dəf etməli oldu. Azadlıq müharibəsi sırasında Böyük Britaniya, Fransa, İtaliya və Yunanıstana qalib gələn siyasətçi ilk növbədə dövlətçilik konsepsiyasını dəyişdi. Yaxın Şərq və Şimali Afrikadakı ərəb ölkələrinə də hakim olmağı ehtiva edən imperiya yanaşması, Anadoluda milli türk dövlətinin qurulması konsepsiyası ilə əvəzləndi.

xa0

Beləliklə, ilk növbədə daxildə sabitliyin əldə olunmasına səy göstərildi. Atatürk mütərəqqi Qərb dövləti qurmaq yolunda önəmli addımlar atdı. 1924-cü ilin aprelində “Böyük Millət Məclisi” yeni Konstitusiya qəbul etdi. Həmin Konstitusiyada ölkədə parlament demokratiyası elan olunurdu. Deputatlar respublika prezidentini seçir, o isə öz növbəsində Nazirlər Kabinetini formalaşdırmaq üçün baş naziri təyin edirdi.

Cümhuriyyətin ilk illərində aparıcı siyasi partiya əsası hələ 1919-cu ildə qoyulan Cümhuriyyət Xalq Partiyası (CHP) idi. Partiya Atatürkün görüşlərini tam bölüşürdü və sekulyarizm, respublikaçılıq, sosial-demokratiya və vətəndaş millətçiliyi mövqeyindən çıxış edirdi.

Həmin partiyanın ardıclıları bu gün də “kamalçılar” adlanır.

xa0

Yeni qurulan milli dövlətdə demokratik dayaqları möhkəmlətmək üçün Atatürk ciddi sekulyar siyasət – dini dövlətdən ayırmağa başladı. 1925-ci ilin dekabrında ölkə Hicri-Qəmər təqvimindən Qriqorian təqviminə keçdi. Xilafət parlamentin xüsusi qərarı ilə aradan qaldırıldı, evlilik və nikah məsələləri isə şəriət əsasında deyil, daha çox İsveçrə mülki məcəlləsini təkrarlayan hüquqi normalar əsasında gerçəkləşdirildi. 1928-ci ildə İslam dini dövlət dini statusundan çıxarıldı. Məktəblər dini dərslərdən azad edildi və ictimai yerlərdə dini paltarla peyda olmaq qanunla qadağan edildi.

Sekulyarizm həyatın bütün sahələrində özünü biruzə verdi – məsələn, istirahət günü cümədən bazar gününə keçirildi.

xa0

Dövlət həyatında isə Mustafa Kamal Atatürk sərt etatizm – dövlətin özəl və ictimai həyata müdaxiləsi tərəfdarı idi. 1929-cu ildə başlayan iqtisadi böhran və lirənin kursunun aşağı düşməsi xarici kapitalın ölkəyə axının qarşısını aldı. Etatizm ruhuna uyğun olaraq xaricdən gətirilən mallara ciddi rüsumlar qoyuldu ki, bu da ölkə iqtisadiyyatının inkişafına, sənayeləşməyə və özəl kapital hesabına güclü şirkətlərin yaranmasına yol açdı.

xa0

Kimya və tekstil sənayesinin, tikinti sektorunun və kənd təsərrüfatının stabil əsası məhz 20-30-cu illərin Atatürk Türkiyəsində qoyuldu. Bu illərdə xarici siyasətdə də önəmli qələbə əldə olundu – 1932-cü ildə Türkiyə Millətlər Liqasına qəbul olundu. Bundan başqa, 1936-cı ildə İsveçrənin Monstre şəhərində keçirilən konfrans rəsmi Ankaraya Bosfor və Dardanel boğazlarını möhkəmlətmək hüququ verdi.

İstər Faşist Almaniyasının, istərsə də Antihitler koalisiyasının müharibəyə qoşulmaq təkliflərinə mənfi cavab verən Türkiyə neytral ölkə kimi ərazi təhlükəsizliyini təmin edə bildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı

Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı

Berlin polisi su şırnaqları ilə yüzlərlə insanın köməyinə çatdı - VİDEO

Berlin polisi su şırnaqları ilə yüzlərlə insanın köməyinə çatdı - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Slavyansk neft emalı zavodu dron hücumundan sonra - VİDEO

Slavyansk neft emalı zavodu dron hücumundan sonra - VİDEO

Tovuzdakı qəzada xəsarət alanların SON DURUMU

Tovuzdakı qəzada xəsarət alanların SON DURUMU

Türkiyə Futbol Federasiyası Montella bağlı qərarını verdi

Türkiyə Futbol Federasiyası Montella bağlı qərarını verdi

Qadın evindəki “domovoy”u VİDEOYA çəkdiyini deyir

Qadın evindəki “domovoy”u VİDEOYA çəkdiyini deyir

Yaponiyada rusiyalı residivist saxlanıldı

Yaponiyada rusiyalı residivist saxlanıldı

Rassel "Formula 1" Avstriya Qran-prisinin qalibi oldu

Rassel "Formula 1" Avstriya Qran-prisinin qalibi oldu

Evdən yaşlı qadın meyiti tapıldı

Evdən yaşlı qadın meyiti tapıldı

Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün

Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün

Yayın ortasında 5 metr QAR YAĞDI

Yayın ortasında 5 metr QAR YAĞDI

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına BAŞSAĞLIĞI - FOTO

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına BAŞSAĞLIĞI - FOTO

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

End of content

No more pages to load

RADİO