Aprel şəhidimizlə bağlı filmin təqdimatı keçiriləcək.xa0
“Lələ təpəyə yazılan dastan” adlı layihə çərçivəsindəxa0 bu dəfə aprel şəhidimiz Fəxrəddin Seyfəddin oğlu Qurbanlı haqqında çəkilən filmin təqdimatı keçirləcək.xa0
Bu haqda Moderator.az-a şəhidimizin atası Seyfəddin Qurbanlı özü məlumat verib. Şəhid atası bildirib ki, oktaybrın 5-də şəhidimizin məzun olduğu Azərbaycan Universitetində film tələbələrə təqdim edilib. Oktyabrın 23-də isə növbəti dəfə “Veteranlar Evin”də şəhid ailələrinin iştirakı iləxa0 təqdimat baş tutacaq. Əlli dəqiqəlik filmdə şəhidimizin keçdiyi ömür yolundan bəhs edilir.xa0
Xatırladaq ki, Fəxrəddin Qurbanlı 1994-cü il yanvarın 13-də Bakı şəhərində anadan olub. 2011-ci ildə orta təhsilini başa vurub və həmin il Azərbaycan Universitetinin “Sosial iş” fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Fəxrəddin, aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Fəxrəddin evin tək oğludur və bir bacısı yadigar qalıb. O, aprel şəhidimiz Mahir Sabir oğlu Mirzəyevin yaxın qohumudur. Fəxrəddin Qurbanlı ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.xa0
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn