Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - YENİLİK

Xəbər verdiyimiz kimi, Britaniya hüquq-mühafizə orqanları zorakı cinayətlərin qarşısını almaq üçün məlumat bazası hazırlayırlar. Bu barədə yazan yerli medianın məlumatına görə, həmin bazanın köməyi ilə onlar "potensial” qurbanları və qatilləri axtaracaqlar. Sistemdə intihara cəhdlər, məişət zorakılığı aktları, ümumiyyətlə, müxtəlif insanların, o cümlədən ağır cinayət törətməmiş şəxslərin meyilləri barədə məlumatlar yer alacaq. Hüquq müdafiəçiləri deyirlər ki, onlar mahiyyətcə "soyuq distopiya” olan məlumat bazası yaradıblar. Ədliyyə Nazirliyi layihənin inkişafını inkar etməsə də, onun təfərrüatlarını açıqlamamağa üstünlük verir.

Bizim.Media xəbər verir ki, Britaniyanın söz azadlığı və insan hüquqlarının pozulması hallarını araşdıran "Statewatch” təşkilatının nümayəndələri mətbuata bildiriblər ki, layihə fəal şəkildə inkişaf etdirilir.

Təşkilatın məlumatına görə, yüz minlərlə britaniyalı haqqında məlumatlar polisə ötürülüb. 2023-cü ilə qədər məlumat bazası hazır olub və insanın kriminal keçmişinə əsaslanaraq, onun zorakı cinayət törətməsinin təxmini ehtimalını göstərir. Sistem daim təkmilləşir.

Maraqlıdır ki, potensial cinayət qurbanları haqqında daha ətraflı məlumat toplamaq mümkündür.

Məlumat bazası özünə zərər vermə hallarını, psixi xəstəlikləri, əlillik və antropometrik bilgilər haqqında məlumatları qeyd edir. Çox güman ki, eyni məlumat potensial cinayətkarlar haqqında da toplanır. Bu sistem əvvəlcə "Qətllərin proqnozlaşdırılması layihəsi” adlanıb. Daha sonra ad daha neytral "Risklərin qiymətləndirilməsini təkmilləşdirmək üçün məlumat paylaşımı” ilə dəyişdirilib. Ola bilsin ki, informasiyanın təhlilində süni intellekt iştirak edir.
 

Rəsmilər layihənin mövcud olduğunu inkar etmirlər, lakin onlar təkid edirlər ki, bazaya yalnız hər hansı cəzaya görə ən azı bir dəfə məhkəmə hökmü olan şəxslər daxil edilib. Rəsmilər yaxın vaxtlarda görülən işlərlə bağlı hesabat dərc edəcəyinə söz veriblər. Səlahiyyətlilər məlumat bazasının vəziyyəti daha yaxşı təhlil etməyə imkan verəcəyinə əmindirlər, lakin bu təhlilin hansı qabaqlayıcı tədbirlərə səbəb olacağı bəlli deyil.


Azərbaycanda da belə bir məlumat bazası, süni intellektə əsaslanan sistem yaradıla bilərmi? Effektli olarmı?

"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, son illər süni intellekt (Sİ) yalnız texnologiyanın deyil, həm də hüquq və etik müzakirələrin mərkəzində dayanır:

"Britaniyada hüquq-mühafizə orqanlarının ”potensial qətlləri və qurbanları" öncədən müəyyənləşdirmək üçün məlumat bazası hazırlaması bu tendensiyanın bariz nümunəsidir. Bu sistem, süni intellekt alqoritmləri vasitəsilə insanların keçmiş davranışlarına və sosial vəziyyətlərinə əsaslanaraq onların gələcəkdə zorakı cinayətə qarışma ehtimalını qiymətləndirir. Məlumata görə, layihə "Qətllərin proqnozlaşdırılması” adı ilə başlayıb, lakin daha neytral səslənsin deyə "Risklərin qiymətləndirilməsi üçün məlumat paylaşımı” formasına salınıb".

Natiq Ələsgərov deyib ki, layihə çərçivəsində psixi sağlamlıq pozuntuları, məişət zorakılığı, intihara meyllilik, antropometrik göstəricilər və digər şəxsi məlumatlar toplanır:

"Süni intellekt bu məlumatlar əsasında şəxsə aid risk dərəcəsi formalaşdırır. Burada məqsəd cinayət baş verməmiş, qarşısını almaqdır. Bəziləri üçün bu, təhlükənin qabaqlanmasıdır, digərləri üçün isə - şəxsi azadlıqlara təhdid kimi görünə bilər”.

Natiq Ələsgərovun sözlərinə görə bu sistemlə bağlı əsas tənqidlərdən biri şəxsin cinayət törətməmişdən əvvəl "cinayətkar” kimi qeydə alınmasıdır:

"Bu yanaşmanı destopik hesab edənlər də az deyil. Bu gün Britaniyada ”Statewatch" kimi təşkilatlar iddia edirlər ki, yüz minlərlə britaniyalı haqda şəxsi məlumatlar artıq polis orqanlarının əlindədir. Halbuki bu şəxslərin əksəriyyəti heç bir cinayət törətməyib. Hesab edirlər ki, burada "təqsirsizlik prezumpsiyası” prinsipi təhlükəyə düşür. Belə sistemlər istər-istəməz müəyyən sosial qruplara qarşı ayrı-seçkiliyə gətirib çıxara bilər.Azərbaycanda belə bir sistemin qurulmasının mümkünlüyünə gəlincə, ölkəmizdə belə bir məlumat bazasının yaradılması texniki baxımdan mümkündür.
 

Ölkədə rəqəmsallaşma sürətlə gedir, süni intellekt sahəsində də ilkin addımlar atılır. Lakin bu cür sistemin tətbiqi üçün bir neçə ciddi məsələyə aydınlıq gətirilməlidir. Şəxsi məlumatların qorunması haqqında qanunvericilik belə məlumatların yığılması və istifadəsi üçün aydın çərçivə yaratmalıdır.


Alqoritmlərin qərar vermə mexanizmləri şəffaf olmalı, insan hüquqları ilə ziddiyyət təşkil etməməlidir. Cəmiyyəti də buna hazırlamaq, belə sistemin tətbiqi barədə ictimai müzakirə açmaq, vətəndaşlar məlumatlandırmaq, maarifləndirmək də vacibdir".

Natiq Ələsgərov deyib ki, sistemə nəzarət edən, sui-istifadə hallarını araşdıran və ictimai hesabat təqdim edən bir qurum da yaradılsa, heç bir problem yaranmaz:

"Əgər bu cür sistemlər şəffaf, etik və hüquqi çərçivədə qurularsa, cinayətlərin qarşısının alınmasında faydalı ola bilər. Məsələn, məişət zorakılığı hallarını erkən müəyyənləşdirib müdaxilə etmək, intihara meylli şəxsləri zamanında yardımla təmin etmək mümkün ola bilər.

Amma sistemin ”proqnozlaşdırıcı" xarakteri onu da göstərir ki, səhv ehtimallar və "etik xətalar” da qaçılmazdır. Süni intellektin hüquq-mühafizə orqanlarında istifadəsi, xüsusilə preventiv məqsədlə tətbiqi gələcəyin deyil, artıq bu günün reallığıdır. Lakin texnologiyanın imkanlarından istifadə edərkən insan hüquqları və azadlıqları unudulmamalıdır. Əks halda, texnologiya bizi qorumaq əvəzinə idarə etməyə başlayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

End of content

No more pages to load

RADİO