Şəmkirdə bir ailənin iki üzvü zəhərlənib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndində baş verib.
Kənd sakinləri, 1980-ci il təvəllüdlü Vidadi Hüseynov və onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Sevinc Hüseynova yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.
Hər iki şəxs xəstəxanaya çatdırılıb. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu