Abşeron rayonunda 52 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, 1978-ci il təvəllüdlü Məmmədov Kənan Rəsul oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
O, ötən gün axşam saatlarında Mehdiabad qəsəbə sakini, 1973-cü il təvəllüdlü İftixar Həşimov qətlə yetirməkdə şübhəli bilinir. (Report)
Bizim.Media