Ən çox maşın bu rayonlardadır – SİYAHI

12 gün davam edən qeyri-iş günlərinin başa çatmasının ardından Bakı yollarında tanış mənzərə müşahidə olunur: uzun tıxaclar, pik saatlarda hərəkət çətinləşməsi və küçələrdə artan avtomobil sıxlığı.

Bizim.Media “banker.az”a istinadən xəbər verir ki, son statistikalara görə, ölkəmizdə 1.6 milyon minik avtomobili var.

Azərbaycanda hər 1000 nəfərə düşən avtomobil sayı 171, hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin ortalama sayı isə 62-dir.

Qeyd edək ki, bu rəqəm 10 il əvvəl 52 idi. Statistikalar onu deməyə əsas verir ki, ölkədə şəxsi minik avtomobillərinin sayında son  5 ildə ciddi artım müşahidə olunur. Regionlar arasında avtomobillərin paylanmasında isə qeyri-bərabərlik olduğu müşahidə edilir.

Ölkədə hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin ən yüksək göstəricisi Bakının payına düşür. Belə ki, paytaxtda hər 100 ailədən sadəcə 3-ü avtomobilsiz hesab edilir.

Şəxsi minik avtomobillərinin çox olduğu digər bölgələr Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları hesab edilir.

Statistikalara görə bu ərazilərdə hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı aşağıdakı kimidir:

Xocalı – 84

Xocavənd – 83

Qubadlı – 78

Şuşa – 76

Ağdam – 68

Zəngilan, Füzuli – 63

Laçın, Cəbrayıl – 61

Bundan əlavə Azərbaycanda ən çox avtomobillər ölkənin Şimal – Qərb ərazisinə aiddir.

Belə ki, Qazax, Göygöl, Tovuzda hər 100 ailəyə düşən şəxsi avtomobillərin sayı 61, Şəmkirdə isə 65-dir. Şəhərlərə gəldikdə isə Sumqayıtda bu göstəricilər 60, Gəncədə 62, Mingəçevirdə 44, Naftalanda 57, Şəki və Şirvanda 51, Yevlaxda isə 50-dir.

Müşahidələrə əsasən, tıxac probleminin dərinləşməsinin əsas səbəblərindən biri şəxsi avtomobillərin geniş yayılmasıdır. Ekspertlər düşünür ki, bu tendensiyanın davam etməsi şəhər içi hərəkətin daha da mürəkkəbləşməsinə, hava çirkliliyinin artmasına və nəqliyyat sisteminin effektivliyinin azalmasına səbəb ola bilər.

Mütəxəssislər tıxac probleminin həlli üçün bir neçə əsas istiqamətin vacib olduğunu bildirirlər. İlk növbədə, ictimai nəqliyyat sisteminin müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi və əlçatanlığının artırılması önəmlidir. Xüsusilə metro xətlərinin genişləndirilməsi, avtobus marşrutlarının optimallaşdırılması və sərnişinlər üçün rahat nəqliyyat infrastrukturunun yaradılması vacib addımlardan sayılır. Bundan əlavə, regionlarda ictimai nəqliyyatın daha effektiv təşkili avtomobillərdən asılılığı azalda və yollardakı yükü nisbətən yüngülləşdirə bilər.

Şəhər daxilində alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi də vacib amillərdən biridir.

Ekspertlər qeyd edirlər ki, velosiped yollarının artırılması, piyadalar üçün daha geniş və təhlükəsiz ərazilərin yaradılması insanların avtomobildən istifadəsini məhdudlaşdıra bilər. Eyni zamanda, fərdi avtomobillərin istifadəsinə tələbatı azaltmaq üçün parklanma siyasətinin təkmilləşdirilməsi və tıxacın yüksək olduğu saatlarda xüsusi nəqliyyat məhdudiyyətlərinin tətbiqi də mümkün həll yolları arasında göstərilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Övladı Xoşqədəmi sevindirdi – FOTO

Övladı Xoşqədəmi sevindirdi – FOTO

Sosial şəbəkələrdə "ev yıxan" trend yayılıb — Açıqlama

Sosial şəbəkələrdə "ev yıxan" trend yayılıb — Açıqlama

MİQ imtahanlarının test mərhələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

MİQ imtahanlarının test mərhələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

Belçikada anomal istilər insanların vaxtından əvvəl ölümünə SƏBƏB OLDU

Belçikada anomal istilər insanların vaxtından əvvəl ölümünə SƏBƏB OLDU

Kəlbəcərdə çay kənarından meyit tapıldı

Kəlbəcərdə çay kənarından meyit tapıldı

Hikmət Həsənov uzun müddətdən sonra görüntüləndi – FOTO

Hikmət Həsənov uzun müddətdən sonra görüntüləndi – FOTO

Nazir müavini BMT-də minaların törətdiyi fəsadlardan danışdı

Nazir müavini BMT-də minaların törətdiyi fəsadlardan danışdı

İran BƏƏ-ni xəbərdar etdi: Bütün limanlar vurulacaq

İran BƏƏ-ni xəbərdar etdi: Bütün limanlar vurulacaq

Ağır vəziyyətdə xəstəxanaya gətirilən körpə vəfat etdi

Ağır vəziyyətdə xəstəxanaya gətirilən körpə vəfat etdi

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

End of content

No more pages to load

RADİO