“Melissa Group” beşmərtəbə villanı “gecəqondu” adı ilə sökürmüş – Sahibi danışdı

“2024-cü il dekabrın 24-də üzərində mənim – yəni ev sahibinin adı, içərisində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Məlahət Hacıyeva adında bizim heç bir ailə üzvümüz və yaxınımız yoxdur. Onlar telefonda dedilər ki, bu, texniki səhvdir, məhkəmə elə-belə prosesdir, formaldır, siz məhkəməni ciddiyə almayın, biz onsuz da sizinlə razılığa gələcəyik. Mən də dedim ki, məhkəmə dövlətin ən ali strukturudur, necə qeyri-ciddi proses ola bilər? Siz nə danışırsınız?”

Bizim.Media xəbər verir ki, bu sözləri Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibi Həbib Hacıyev deyib.

O qeyd edib ki, bildiriş məktubu orfoqrafik səhvlərdən oxunmayıb:

“Bildiriş məktubunda yazılmışdı ki, “sizin sənədsiz-sübutsuz gecəqondu evinə 173 min manat kompensasiya veririk, ya 10 günə evi boşaldın, ya da məhkəməyə verəcəyik. Bunlar mənim beşmərtəbə villama “gecəqondu” deyirlər, üstəlik, evimin çıxarışı var.

Ev sənədli-sübutlu bizə aiddir. Hətta mənim vəkilim belə bu iddiaya gülmüşdü ki, komediyadır, çıxarışı ləğv etdirmək üçün mülkiyyəti olan şəxsi necə məhkəməyə verirsiniz? Mülkiyyət konstitusiya ilə qorunur. Əsassız iddia idi, sadəcə, məhkəməyə veriblər. Nə qara məqsədləri olduğunu bilmirəm.

Qanunsuz fəaliyyətlərinə qanuni don geyindirməyə çalışırdılar. Məhkəmədə gedən proseslərdə əsaslı heç nə ortaya qoya bilmədilər. Hakim bizim lehimizə qərar çıxarmışdı ki, evin ətrafında hər hansısa bir ağır tikinti texnikası işlətmək olmaz, qadağandır, qəti şəkildə. Lakin “Melissa Park” şirkəti məhkəmə qərarını çeynədi, daha da azğınlaşdılar.

Anamla birgə bu gün ayaq nahiyəmdən mənə də xəsarət yetiriblər. Xəstəxanadan indi gəlmişəm”.

Xatırladaq ki, bu hadisəyə görə, “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Övladı Xoşqədəmi sevindirdi – FOTO

Övladı Xoşqədəmi sevindirdi – FOTO

Sosial şəbəkələrdə "ev yıxan" trend yayılıb — Açıqlama

Sosial şəbəkələrdə "ev yıxan" trend yayılıb — Açıqlama

MİQ imtahanlarının test mərhələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

MİQ imtahanlarının test mərhələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

Belçikada anomal istilər insanların vaxtından əvvəl ölümünə SƏBƏB OLDU

Belçikada anomal istilər insanların vaxtından əvvəl ölümünə SƏBƏB OLDU

Kəlbəcərdə çay kənarından meyit tapıldı

Kəlbəcərdə çay kənarından meyit tapıldı

Hikmət Həsənov uzun müddətdən sonra görüntüləndi – FOTO

Hikmət Həsənov uzun müddətdən sonra görüntüləndi – FOTO

Nazir müavini BMT-də minaların törətdiyi fəsadlardan danışdı

Nazir müavini BMT-də minaların törətdiyi fəsadlardan danışdı

İran BƏƏ-ni xəbərdar etdi: Bütün limanlar vurulacaq

İran BƏƏ-ni xəbərdar etdi: Bütün limanlar vurulacaq

Ağır vəziyyətdə xəstəxanaya gətirilən körpə vəfat etdi

Ağır vəziyyətdə xəstəxanaya gətirilən körpə vəfat etdi

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

End of content

No more pages to load

RADİO