Ağsuda ağır yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Salmanova Elminaz, Zeynəb Salmanzadə, Əbülfəz Salmanov, Telman Cabbarov, Qurban Qurbanov, Hüseyn Hüseynov və Ramiz Şahbazovdur. Yaralananlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. İlkin ehtimallara görə, qəza yol hərəkəti qaydalarının pozulması və ya sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
DİN-İN Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.


Bizim.Media ,Aran bürosu