Həmin rəfiqələrdən biri sığınacağa yerləşdirildi - Bədənində ZƏDƏLƏR VAR

Bakıda itkin düşən üç rəfiqədən biri sığınacağa yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Teleqraf-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, yeniyetmə aqressivdir və boyun hissəsində zədələr var:

“Bunu oğlanın etdiyini deyir. Təbii ki, bununla bağlı araşdırma davam edir. Hazırda Bakıda qızları cəlb edən gənclər var ki, bilərəkdən onları torlarına salırlar”.

K.Ağazadə qızın sığınacağa hələ yeni gəldiyini bildirib:

“Amma bir neçə gündən sonra bura adaptasiya olacaq və reabilitasiyaya uyğunlaşacaq. Həmin qız valideynin istəyi ilə polis tərəfindən sığınacağa yerləşdirilib. Qızın özü də etiraz etmədi. Niyə bu addımı atması ilə bağlı ondan heç nə soruşmamışıq. Bunu soruşmaq çox tezdir. O öncə mühitə uyğunlaşmalıdır. Buradakı yaşıdları ilə ünsiyyət qurmalıdır. Ondan sonra psixoloq, sosial işçilər öz işlərini görəcəklər”.

Birliyin sədri itkin düşən yeniyetmələrdən birinin valideynin daha öncə sığınacağa müraciət etdiyini qeyd edib:

“Qızlardan biri 2023-cü ildə polis tərəfindən ananın iştirakı ilə bizə gətirilmişdi. Ana deyirdi ki, qız təhsildən yayınır, onu təhsilə cəlb etmək olmur. Uşaq burada qalmağı qətiyyən qəbul etmirdi. Valideynlə danışıb, razılaşdırdıq ki, ən azından axşam evə getsin. Gün ərzində uşaqlarla reabilitasiyaya cəlb olunsun, proqramlara qatılsın, tədbirlərə gəlsin. Razılıq verdilər.

Biz onu ərizə əsasında qəbul etdik. Sosial Xidmətlər Agentliyinin alt sisteminə də yönləndirdik.

Çünki çətin tərbiyə olunan və həssas uşaq qrupundan idi. Valideynlə əlaqə saxlayırdıq, o da bizə “Sabah gətirəcəyəm”, “Bu gün gətirəcəyəm” dedi, amma sonda bildirdi ki, qızı gəlmək istəmir. Bir sözlə, o qız sığınacağa gəlmədi. Sözsüz ki, bu məqamda valideynin də məsuliyyət məsələsi gözə alınmalıdır. Valideyn söz verib ki, gətirəcəyəm, gətirməyib. Dediyim kimi, bizdə qeydiyyatda olub, bir gün də qalmışdı”.

Xatırladaq ki, martın 17-də Bakıda üç rəfiqə itkin düşüb. Qızlardan ikisi tapılıb, digərinin axtarışları davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir

Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir

Rusiyanın Çinə və Hindistana neft daşıyan tankeri vuruldu - VİDEO

Rusiyanın Çinə və Hindistana neft daşıyan tankeri vuruldu - VİDEO

FIFA dünya çempionatının finalını təxirə salmayacaq

FIFA dünya çempionatının finalını təxirə salmayacaq

Ermənistandan İspaniyaya göndərilən əriklər yolda xarab oldu

Ermənistandan İspaniyaya göndərilən əriklər yolda xarab oldu

Odessada növbəti gəmi zədələndi - VİDEO

Odessada növbəti gəmi zədələndi - VİDEO

Göyçə gölündə "Qağayılar adası" - VİDEO

Göyçə gölündə "Qağayılar adası" - VİDEO

Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam - VİDEO

Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası yenidən fəaliyyətə başladı - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası yenidən fəaliyyətə başladı - VİDEO

ABŞ-dan İrana növbəti ağır zərbə: Tikilməkdə olan AES vuruldu

ABŞ-dan İrana növbəti ağır zərbə: Tikilməkdə olan AES vuruldu

Bu gün Dünya Çempionatında hansı komanda qalib gələcək? - Messidən sürpriz gözləyirlər

Bu gün Dünya Çempionatında hansı komanda qalib gələcək? - Messidən sürpriz gözləyirlər

Minik avtomobili aşdı, 1 ölü, 5 yaralı var - FOTO

Minik avtomobili aşdı, 1 ölü, 5 yaralı var - FOTO

"Madyar": Kerç bərə keçidinin imkanlarının 75 faizi sıradan çıxarılıb - FOTO

"Madyar": Kerç bərə keçidinin imkanlarının 75 faizi sıradan çıxarılıb - FOTO

Kürdəmirdə yük maşınları toqquşdu - FOTO

Kürdəmirdə yük maşınları toqquşdu - FOTO

“Sumqayıt” serbiyalı legioneri geri qaytarmaq istəyir

“Sumqayıt” serbiyalı legioneri geri qaytarmaq istəyir

Tehranda 500-dən çox dövlət qurumunun işığı kəsilib

Tehranda 500-dən çox dövlət qurumunun işığı kəsilib

Zelenski hərbi rəhbərliklə cəbhədəki vəziyyəti müzakirə etdi - FOTO

Zelenski hərbi rəhbərliklə cəbhədəki vəziyyəti müzakirə etdi - FOTO

FHN əhaliyə yenidən MÜRACİƏT etdi: “Dənizə çimməyə getməyin!”

FHN əhaliyə yenidən MÜRACİƏT etdi: “Dənizə çimməyə getməyin!”

İran iki gün ərzində ikinci dəfə Küveytdə bu zavoda zərbə endirdi

İran iki gün ərzində ikinci dəfə Küveytdə bu zavoda zərbə endirdi

Təbriz–Bakı–Məşhəd marşrutu üzrə aviareys fəaliyyətə BAŞLADI

Təbriz–Bakı–Məşhəd marşrutu üzrə aviareys fəaliyyətə BAŞLADI

Mənzil bazarında bahalaşma gözlənilir?

Mənzil bazarında bahalaşma gözlənilir?

Cücələrlə dolu yük maşını magistralda hərəkəti iflic etdi - VİDEO

Cücələrlə dolu yük maşını magistralda hərəkəti iflic etdi - VİDEO

“Şamaxı” portuqaliyalı futbolçu transfer etdi

“Şamaxı” portuqaliyalı futbolçu transfer etdi

İsrail mediası: Müctəba Xamenei ölkəni tərk edib

İsrail mediası: Müctəba Xamenei ölkəni tərk edib

End of content

No more pages to load

RADİO