Bir neçə gün bundan əvvəl Vladivostokun mərkəzində düz yolda iş vaxtı namaz qılmaq qərarına gələn sərnişin avtobusunun sürücüsü cərimələnib və işdən çıxarılıb.
Bizim.Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Artıq sürücü inzibati məsuliyyətə cəlb edilib. Məhkəmənin qərarı ilə o, 500 rubl məbləğində cərimələnib. KİV-in məlumatına görə, avtobusun qarşısında yolda qılınan namazın sensasion videosunun qəhrəmanı 24 yaşlı çeçenistanlı sürücü olub.
Qeyd edək ki, namaz vaxtı avtobusda sərnişinlər olub. Onlardan bəziləri sürücünün namazı bitirməsini gözləməmək qərarına gələrək piyada hərəkət ediblər.
Bizim.Media