Gəncədə ibtidai sinif müəllimi dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Gəncə şəhər 32 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rəna Rahat qızı Əliyeva vəfat edib.
58 yaşlı xanım ürək tutmasından vəfat edib. Mərhumun nəşi İmamzadə qəbiristanlığında torpağa tapşırılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu