Tiktoker Ləman baldızının şikayəti ilə cəzalandırıldı

“TikTok”da təhqiredici ifadələri, çıxışları ilə gündəm olan Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb. Məlum olub ki, baldızı onun böhtanlarından bezərək intihara cəhd də edibmiş.

Bizim.Media xəbər verir ki, Ləman Vəliyevadan şikayətçi olan keçmiş baldızı Turə Nuriyevadır.

Ləman Vəliyeva həyat yoldaşından ayrıldıqdan sonra “TikTok” sosial şəbəkəsində əri, qayınanası və baldızı haqqında təhqiredici paylaşımlar edib. Əsas da baldızı Turə Nuriyeva barəsində təhqiredici paylaşımlar edib, onu onkoloji xəstə olmasına görə ələ salıb. Turə Nuriyeva buna görə intihara da cəhd edib.
 

Onu ölümdən son anda qızı xilas edib. Bundan sonra Turə Nuriyeva qızına Ləmanın hüquqi müstəvidə cəzalandırılmasına nail olacağına dair söz verib.


Turə Nuriyeva barəsində böhtan atması ittihamı ilə Ləman Vəliyevadan şikayətçi olub.

Bildirib ki, illərdir Ləman Vəliyeva böhtan ataraq, namusuna ləkə yaxaraq, işgüzar nüfuzuna xələl gətirərək onu, ailəsini, nəslini təhqir edib, gülüş obyektinə çevirib.

Ləman Vəliyeva məhkəmədə özünü müdafiə edərkən deyib ki, baldızı barədə paylaşımlar edib.

Lakin bunun səbəbi evli olduğu müddətdə ərinin ailə üzvləri tərəfindən təzyiqlərə məruz qalması olub. Əlavə edib ki, “TikTok”dakı çıxışları ilə təkcə öz baldızı və qayınanası ilə bağlı yox, ümumi baldızlar və qayınanalar haqda danışıb.

Lakin onun sosial şəbəkədə paylaşımları məhkəməyə sübut kimi təqdim edilib. Həmin paylaşımlarda Ləman Vəliyevanın baldızı Turənin adını çəkərək şəxsən onu təhqir etdiyi, şəxsiyyətini alçaltdığı müəyyən edilib.

Məhkəmə Ləman Vəliyeva barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham hökmü çıxarıb. O, 480 saat ictimai işlər cəzasına məhkum edilib. (Müsavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir

Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir

Rusiyanın Çinə və Hindistana neft daşıyan tankeri vuruldu - VİDEO

Rusiyanın Çinə və Hindistana neft daşıyan tankeri vuruldu - VİDEO

FIFA dünya çempionatının finalını təxirə salmayacaq

FIFA dünya çempionatının finalını təxirə salmayacaq

Ermənistandan İspaniyaya göndərilən əriklər yolda xarab oldu

Ermənistandan İspaniyaya göndərilən əriklər yolda xarab oldu

Odessada növbəti gəmi zədələndi - VİDEO

Odessada növbəti gəmi zədələndi - VİDEO

Göyçə gölündə "Qağayılar adası" - VİDEO

Göyçə gölündə "Qağayılar adası" - VİDEO

Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam - VİDEO

Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası yenidən fəaliyyətə başladı - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası yenidən fəaliyyətə başladı - VİDEO

ABŞ-dan İrana növbəti ağır zərbə: Tikilməkdə olan AES vuruldu

ABŞ-dan İrana növbəti ağır zərbə: Tikilməkdə olan AES vuruldu

Bu gün Dünya Çempionatında hansı komanda qalib gələcək? - Messidən sürpriz gözləyirlər

Bu gün Dünya Çempionatında hansı komanda qalib gələcək? - Messidən sürpriz gözləyirlər

Minik avtomobili aşdı, 1 ölü, 5 yaralı var - FOTO

Minik avtomobili aşdı, 1 ölü, 5 yaralı var - FOTO

"Madyar": Kerç bərə keçidinin imkanlarının 75 faizi sıradan çıxarılıb - FOTO

"Madyar": Kerç bərə keçidinin imkanlarının 75 faizi sıradan çıxarılıb - FOTO

Kürdəmirdə yük maşınları toqquşdu - FOTO

Kürdəmirdə yük maşınları toqquşdu - FOTO

“Sumqayıt” serbiyalı legioneri geri qaytarmaq istəyir

“Sumqayıt” serbiyalı legioneri geri qaytarmaq istəyir

Tehranda 500-dən çox dövlət qurumunun işığı kəsilib

Tehranda 500-dən çox dövlət qurumunun işığı kəsilib

Zelenski hərbi rəhbərliklə cəbhədəki vəziyyəti müzakirə etdi - FOTO

Zelenski hərbi rəhbərliklə cəbhədəki vəziyyəti müzakirə etdi - FOTO

FHN əhaliyə yenidən MÜRACİƏT etdi: “Dənizə çimməyə getməyin!”

FHN əhaliyə yenidən MÜRACİƏT etdi: “Dənizə çimməyə getməyin!”

İran iki gün ərzində ikinci dəfə Küveytdə bu zavoda zərbə endirdi

İran iki gün ərzində ikinci dəfə Küveytdə bu zavoda zərbə endirdi

Təbriz–Bakı–Məşhəd marşrutu üzrə aviareys fəaliyyətə BAŞLADI

Təbriz–Bakı–Məşhəd marşrutu üzrə aviareys fəaliyyətə BAŞLADI

Mənzil bazarında bahalaşma gözlənilir?

Mənzil bazarında bahalaşma gözlənilir?

Cücələrlə dolu yük maşını magistralda hərəkəti iflic etdi - VİDEO

Cücələrlə dolu yük maşını magistralda hərəkəti iflic etdi - VİDEO

“Şamaxı” portuqaliyalı futbolçu transfer etdi

“Şamaxı” portuqaliyalı futbolçu transfer etdi

İsrail mediası: Müctəba Xamenei ölkəni tərk edib

İsrail mediası: Müctəba Xamenei ölkəni tərk edib

End of content

No more pages to load

RADİO