Tiktoker Ləman söyüşlərə görə CƏZALANDIRILDI

“TikTok”da təhqiredici ifadələri, çıxışları ilə gündəm olan Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb. Məlum olub ki, baldızı onun böhtanlarından bezərək intihara cəhd də edibmiş.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, Ləman Vəliyevadan şikayətçi olan keçmiş baldızı Turə Nuriyevadır.

Ləman Vəliyeva həyat yoldaşından ayrıldıqdan sonra “TikTok” sosial şəbəkəsində əri, qayınanası və baldızı haqqında təhqiredici paylaşımlar edib. Əsas da baldızı Turə Nuriyeva barəsində təhqiredici paylaşımlar edib, onu onkoloji xəstə olmasına görə ələ salıb. Turə Nuriyeva buna görə intihara da cəhd edib.

Onu ölümdən son anda qızı xilas edib. Bundan sonra Turə Nuriyeva qızına Ləmanın hüquqi müstəvidə cəzalandırılmasına nail olacağına dair söz verib.

Turə Nuriyeva barəsində böhtan atması ittihamı ilə Ləman Vəliyevadan şikayətçi olub. Bildirib ki, illərdir Ləman Vəliyeva böhtan ataraq, namusuna ləkə yaxaraq, işgüzar nüfuzuna xələl gətirərək onu, ailəsini, nəslini təhqir edib, gülüş obyektinə çevirib.
 

Ləman Vəliyeva məhkəmədə özünü müdafiə edərkən deyib ki, baldızı barədə paylaşımlar edib. Lakin bunun səbəbi evli olduğu müddətdə ərinin ailə üzvləri tərəfindən təzyiqlərə məruz qalması olub. Əlavə edib ki, “TikTok”dakı çıxışları ilə təkcə öz baldızı və qayınanası ilə bağlı yox, ümumi baldızlar və qayınanalar haqda danışıb.


Lakin onun sosial şəbəkədə paylaşımları məhkəməyə sübut kimi təqdim edilib.

Həmin paylaşımlarda Ləman Vəliyevanın baldızı Turənin adını çəkərək şəxsən onu təhqir etdiyi, şəxsiyyətini alçaltdığı müəyyən edilib.

Məhkəmə Ləman Vəliyeva barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham hökmü çıxarıb. O, 480 saat ictimai işlər cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Evdə saf yağ hazırlama qaydası...

Evdə saf yağ hazırlama qaydası...

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

Müharibə yenidən başlaya bilər - İranlı general

Müharibə yenidən başlaya bilər - İranlı general

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

BƏƏ hava məkanını açır

BƏƏ hava məkanını açır

“Sumqayıt”da ciddi itki

“Sumqayıt”da ciddi itki

End of content

No more pages to load

RADİO