Bakıda şərab evinə bıçaqla hücum edilib.
Bizim.Media xəbər verir ki, naməlum şəxs Nizami rayonu, Çobanzadə küçəsi 23-də yerləşən şərab məhsulları satılan mağazaya bıçaqla hücum edərək kassada olan Xudaverdi Məmmədzadəni hədələyib.
Bıçaqlı şəxs kassadan 1000 manat pulu götürərək oradan uzaqlaşıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bizim.Media