Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Mayis Əlizadə vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə apa-ya mərhumun oğlu Toğrul Əlizadə məlumat verib.
O bildirib ki, atası bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.
Toğrul Əlizadə atasının sabah İstanbulun Yeni Ayazağa məzarlığında dəfn ediləcəyini bildirib.
Bizim.Media