Doktorantlar da xaricdə dövlət hesabına təhsil ala biləcəklər – QƏRAR

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı təhsilin doktorantura səviyyəsini də əhatə edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.

Qərara əsasən, proqram iştirakçılarının doktorantura səviyyəsi üzrə seçimi aşağıdakı meyarlar üzrə aparılacaq:

• namizədin cari tədris ilində magistratura səviyyəsi üzrə ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya magistr ali elmi-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);

• xarici ali təhsil müəssisəsinə təhsil haqqı ilə bağlı depozitin ödənilməsi, namizəd tərəfindən transkriptin və ya əvvəlki təhsil səviyyəsi üzrə diplomun təqdim edilməsi istisna olmaqla, namizədin xarici ali təhsil müəssisəsinə şərtsiz qəbul olunması;

• namizədin xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;

• namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of eference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;

• namizədin Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisəsində təhsilini başa çatdırdıqdan dərhal sonra Azərbaycan Respublikasının ali təhsil müəssisəsində əsas iş yeri olmaqla ən azı 5 (beş) il müddətinə əmək fəaliyyətinə cəlb edilməsi üçün əmək müqaviləsi bağlamağa razılığının olması;

• Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan dərhal sonra əmək fəaliyyətinə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması;

• namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları;

• namizədin məntiqi mühakimə yeritmək bacarıqları;

• namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.

Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı"nın müddəti 2028-ci ilə qədər uzadılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada yuxu həblərinin satışı rekord həddə çatdı

Rusiyada yuxu həblərinin satışı rekord həddə çatdı

ABŞ-də nadir avtomatik “Lada” satışa çıxarıldı

ABŞ-də nadir avtomatik “Lada” satışa çıxarıldı

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Ən ağıllı BÜRCLƏR

Ən ağıllı BÜRCLƏR

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

End of content

No more pages to load

RADİO