Şəmkirdə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Belə ki, kənd sakinə məxsus üçotaqlı evdə anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı evin yanar konstruksiyaları əşyalarla birlikdə yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Bizim.Media