Gəncədə 54 yaşlı kişi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1971-ci il təvəllüdlü Elçin Verdiyevin dəm qazından zəhərləndiyi bildirilir.
Ona Gəncədə yerləşən xəstəxanalardan birində ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu deyilir.
İlkin ehtimala görə, o, evinin hamam otağında zəhərlənib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu