Paytaxtda mövcud hava şəraiti ilə bağlı sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və svetoforlar daim nəzarətdə saxlanılır.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yolların buz bağlaması, yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması istisna edilmir. Bu səbəblərdən yaranan nəqliyyat sıxlığının vaxtında aradan qaldırılması, rahat və təhlükəsiz hərəkət üçün tədbirlər görülür.

Bizim.Media