Azərbaycanda peşəkar mühasib sertifikatı olan şəxslərin sayı AÇIQLANDI

Azərbaycanda 5514 nəfər peşəkar mühasib sertifikatı alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində, büdcə gəlirlərinin formalaşmasında, məşğulluğun təmin edilməsində iştirak edən iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və bir sıra publik hüquqi şəxslərin qarşısında qoyulan tələblərdən biri də baş mühasiblərinin peşəkar mühasib olmasıdır.

Mühasiblərin sertifikasiyası beynəlxalq səviyyədə qəbul edilmiş bir tələb və normadır. Bu baxımdan mühasiblərin peşəkarlıq sertifikasiyasına cəlb olunması hər bir ölkənin, o cümlədən Azərbaycan Respublikasının milli qanunvericiliyi ilə təsbit olunur.

Beləki, “Mühasibat uçotu haqqında" Qanunun tələblərinə uyğun olaraq, bir sıra təşkilatların baş mühasibləri peşəkar mühasib olmalıdır. Peşəkar mühasib Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir. Peşəkar mühasib sertifikatı isə peşəkarlıq səviyyəsinə uyğunluğu təsdiq edən sənəddir.
 

Peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədəolma müddətinin sonuncu ilində növbəti sertifikatı almaq üçün yenidən imtahanlarda iştirak etməli və peşəkar mühasib sertifikatı almalıdır.
 

Sözügedən sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan iki dəfə eyni standart üzrə sertifikat aldıqda, sonuncu sertifikat ömürlük verilir və həmin şəxs qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.


Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Hazırda həmin reyestrə əsasən 5514 nəfər peşəkar mühasib sertifikatı almış şəxs var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"

"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

İnsan ömrünün SON HƏDDİ açıqlandı

İnsan ömrünün SON HƏDDİ açıqlandı

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Lebron Ceyms seçimini etdi

Lebron Ceyms seçimini etdi

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Boğulmaqda olan şəxs son anda xilas edildi

Boğulmaqda olan şəxs son anda xilas edildi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

End of content

No more pages to load

RADİO