Astarada yanğın zamanı ölən uşaqların və xəsarət alanların kimliyi məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın zamanı 7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızı yanaraq ölüb.
25 yaşlı Rəfiqə Mirzəyeva və 30 yaşlı Xətai Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xatırladaq ki, Astarada iki mərtəbəli evdə yanğın baş verib. Hadisə gecə saatlarında rayonun Kijəbə ərazi vahidliyinə daxil olan Burzubənd kəndində baş verib. Yanğın zamanı iki uşaq həyatını itirib. Onların aşağı mərtəbədə olduğu bildirilib.
Sabutay, Bizim.Media, Cənub bürosu