Qeyri-sabit hava şəraiti fonunda paytaxt Bakıda bir neçə qəza baş verib.
Bizim.Media xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) qəzalarla bağlı məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində işıqfor yararsız vəziyyətə düşüb.
Digər bir qəza Ceyhun Hacıbəyli ilə A.Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb.
Bu qəzada isə işıqforun idarəetmə qutusu sıradan çıxıb.
Bizim.Media