AQTA-dan XƏBƏRDARLIQ: Şadlıq evlərindəki saxta içkilər bu məkanlarda HAZIRLANIR

Türkiyənin bir neçə şəhərində saxta spirtli içkilərdən zəhərlənmə və ölüm hallarının baş verməsi ölkəmizdə də bu mövzunu aktuallaşdırıb. Azərbaycandakı şadlıq saraylarında saxta spirtli içkilərin verilməsi ilə bağlı şikayətlərin sayı çoxalıb. İddialara görə, içkilər bəzi restoran və iaşə obyektlərinin sahiblərinə məxsus sexlərdə hazırlanır və toy, nişan məclisləri olduqda süfrələrə verilir.

Bəs qidaların təhlükəsizliyinə nəzarəti həyata keçirən qurum -Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) belə hal aşkarlayıbmı? Toylarda verilən içkilərin bazarda satılanlarla eyniliyinə və keyfiyyətinə nəzarət olunurmu?

Məsələ ilə bağlı AQTA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qida məhsulları daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir:

“Dünyanın bir sıra ölkələrində qanunsuz yollarla gəlir əldə etməyə çalışan dələduzlar tərəfindən spirtli içkilərin kustar üsullarla hazırlanmasına və satışına cəhdlər göstərilir.

Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir. Spirtli içkilər də daxil olmaqla, həm idxal, həm də daxili istehsal zamanı məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Agentlik müfəttişləri tərəfindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür. Həyata keçirilən tədbirlərlə bağlı mütəmadi olaraq AQTA-nın rəsmi saytında məlumatlar paylaşılır”.

Məlumatda qeyd edilib ki, bu cür qanunsuz fəaliyyətlər qapalı məkanlarda həyata keçirilir:

“Adətən dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların da dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var”.

Qurumdan vətəndaşlara müraciət edilərək belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına məlumat vermələri xahiş olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"

"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

İnsan ömrünün SON HƏDDİ açıqlandı

İnsan ömrünün SON HƏDDİ açıqlandı

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Lebron Ceyms seçimini etdi

Lebron Ceyms seçimini etdi

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Boğulmaqda olan şəxs son anda xilas edildi

Boğulmaqda olan şəxs son anda xilas edildi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

End of content

No more pages to load

RADİO