Çoxumuzun sevmədiyi camış ətinin İNANILMAZ FAYDALARI

“Camış əti digər heyvanların əti ilə müqayisədə zəngin kimyəvi tərkibə malikdir.  Qidalılıq dəyərinə görə isə çox faydalıdır. Tərkibində dəmir, B12 və digər vitaminlərin olması səbəbindən camış əti qan azlığına qarşı qəbul edilən ən gözəl qida məhsuludur.
 

MÖVZU İLƏ BAĞLI:

Dana və qoyun əti almaq istəyənlər belə ALDADILIR - Qəssabların YENİ FIRILDAĞI – VİDEO


Adətən qan azlığı olan hamilə qadınlara camış əti ilə qidalanmaq tövsiyə olunur ki, həm qan təzyiqi normallaşsın, həm də ki, qadının bətnindəki döl normal inkişaf etsin. Camış ətinin tərkibində yağların miqdarı, karbohidratlar və zülal birləşmələriylə daha azdır. Ona görə də bu ət yüngül həzm olunur”.

Bunu camış ətinin faydalarında Bizim.Media-ya danışan Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib. O, bildirib ki, camış ətinin tərkibində yağlar 1,6 faiz təşkil etməklə bərabər, həmin yağ birləşmələri piy toxumalarının qalınlaşmasına və bədən çəkisinin artmasına səbəb olmur:

“Camış ətinin tərkibinin 20 faizini zülallar təşkil edir. Həmin zülallar da əvəz olunmayan amin turşularından ibarətdir ki, həmin turşular da orqanizmdə rahat mənimsənilir. Qida məhsulu kimi orqanizmə daxil olan camış əti həm mərkəzi sinir sistemində, həm də ürək-damar sistemində gedən biokimyəvi proseslərdə çox mühüm rol oynayır və qara ciyərin müqavimətini yaxşılaşdırmaqla orqanizmdə gedən metabolizmi proseslərinin stimulyasiya olunmasında mühüm amil kimi özünü göstərir.

Camış ətini digər ətlərdən fərqləndirən faktor onun tərkibindəki elastin və kollagen zülalların yüksək olmamasıdır. Bu ətdəki amin turşularının çoxluğu bədəndəki zülal strukturlarının normal formalaşmasında əsas faktor kimi ortaya çıxır. Camış ətinin tərkibində doymamış yağ turşuları var. Həmin yağ turşularının tərkibinə Omeqa-3 və Omeqa-6 daxildir. Bunlar da antiokdisad rolu oynamaqla orqanizmdəki sərbəst radikalların neytrallaşmasında və orqanizmdən xaric olunmasına təkan verməklə bir sıra iltihab proseslərinin aradan qalxmasına səbəb olur”.

Müsahibimiz lipid komponentlərinin daha çox zərərli hesab olunduğunu da qeyd edib:

“Amma xolestrinin miqdarı camış ətində heç də yüksək deyil. Ona görə də zərərli yağların damarlarda tıxanıqlıq yaratmasına səbəb olmadan qida maddəsi kimi rahat həzm olunaraq əlavə fəsadlar yaratmır. Camışlar adətən qaba yemlərlə qidalanır. Bu hesaba da onlarda antioksidantlar toplanır. Bunlar da mərkəzi sinir sisteminin fəaliyyətində və qalxanvari vəzin funksiyasında mühüm rol oynayır.

Bir sözlə, camış əti zülallarla zəngin olduğu qədər suda həll olunan vitaminlərlə də zəngindir və rahatlıqla həzm olunur. Ona görə də dünyanın inkişaf etmiş ölkələrində, xüsusən də ABŞ-da camışçılığın inkişafına xüsusi diqqət yetirilir. Nəzərə alaq ki, camış əti bizlərdə o qədər də populyar olmasa da, camışın südünün və qatığının həvəskarları daha çoxdur. Bu səbəbdən camış əti sağlamlıq üçün xüsusi əhəmiyyət daşıdığına görə onun istehlakı daha vacibdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

İnsan ömrünün SON HƏDDİ açıqlandı

İnsan ömrünün SON HƏDDİ açıqlandı

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Lebron Ceyms seçimini etdi

Lebron Ceyms seçimini etdi

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Boğulmaqda olan şəxs son anda xilas edildi

Boğulmaqda olan şəxs son anda xilas edildi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

End of content

No more pages to load

RADİO