HƏYƏCAN TƏBİLİ: Spirtli içkilərdən zəhərlənib ölənlərin sayı artıb

Müvafiq qurumlar tərəfindən mütəmadi olaraq restoranlarda istər qida vasitələrinə, istərsə də alkoqollu və alkoqolsuz içkilərə nəzarət edilir, yoxlamalar aparılır. Belə yoxlamalardan biri də iki gün öncə paytaxtda yerləşən restoranlardan birində aparılıb və saxta alkoqollu içkilər aşkarlanıb. Bu içkilər insan sağlamlığı üçün hansı təhlükələri yaradır?

Bizim.Media xəbər verir ki, "Trend" ötən il məhz spirtli içkilərdən zəhərlənənlərin statistikasına nəzər salıb.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, 2024-cü il ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə alkoqoldan zəhərlənmə səbəbi ilə 64 nəfər qəbul edilib.

"Zəhərlənən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Stasionar müalicələrdən sonra evə buraxılıblar", - deyə o əlavə edib.

Bəs spirtli içkilər nə vaxt zəhərlənmə yaradır?

Mövzu ilə bağlı danışan toksikoloq Aynur Məmmədova bildirib ki, spirtli içkilər əsasən miqdarından çox qəbul edildikdə zəhərlənmə verir.

"İnsanlar, daha çox kişilər, bunu nəzarətsiz qəbul edəndə əvvəlcə sərxoşluq, daha sonra zəhərlənmə halları baş verir. Spirtli içkidən zəhərlənmə zamanı insanlarda ürəkbulanma, qusma, huşun itməsi, qıcolma, təzyiqin qalxması kimi hallar olur. Hətta kəskin ürək-damar və tənəffüs çatışmazlığına kimi gətirib çıxara bilir. Əgər alkoqollu içki qəbul edən adamda qusma, kəskin baş ağrısı, ürək ətrafında ağrılar varsa, dərhal təcili tibbi yardıma müraciət edib onu xəstəxanaya çatdırmaq lazımdır. Spirtli içkidən zəhərlənən şəxslərə özbaşına yardım etmək olmaz. Çünki xəstələr huşsuz vəziyyətdə olanda qusma zamanı özünüidarəetməsi olmur və qusuntu kütləsi tənəffüs yollarına keçir. Bu zaman da tənəffüs çatışmazlığı yaranır. Hətta bu, xəstənin ölümünə qədər gətirib çıxara bilir. Təəssüf ki, biz xəstəxanada belə hallara daha çox rast gəlirik. Evdə süni olaraq qusmanı yaratmaq istəyəndə xəstə huşsuz vəziyyətdədirsə, çalışmaq lazımdır ki, xəstənin başını yan tərəfə çevirək. Başı arxaya tərəf qoymaq olmaz. Onda qusuntu kütləsi ağıza gəlir və tənəffüs yoluna düşür. Bu da ağır fəsadlar törədir və ölümə gətirib çıxara bilir", - o qeyd edib.

Həkim saxta alkoqollu içkilərdən istifadə zamanı yaranan fəsadlardan və onlardan qorunma yollarından da söz açıb:

"Bir ara bəzi xəstələrimiz olub ki, deyir içkinin ağzını açanda asan açıldı, əvvəlkindən fərqlidir, saxta olduğunu düşündüm. Belə olan hallarda fikir vermirlər, diqqətli olmurlar. Restoranlarda, yol qırağında olan kafelərdə buna daha çox rast gəlinir. Ona görə, məsləhətdir ki, şübhəli olan yerlərdə oturduqda, yaxşı olar ki, spirtli içkilərdən istifadə etməsinlər. Restoranlarda alkoqollu içkilərdən istifadə zamanı da tələb etməlidirlər ki, içki onların gözləri qabağında açılsın. Eyni zamanda, diqqət etməlidirlər ki, içki şüşələrinin üzərində aksiz markaları olsun, ağzı kustar üsullarla bağlanmış olmasın. İçkinin şəffaflığına da diqqət edilməlidir ki, çöküntüsü olmasın. Saxta spirtli içkilər mütləq ki seçilir. Bahalı içkilərin ucuz qiymətə təklif edilməsi də onun saxta olduğuna işarədir".

O əlavə edib ki, indi zəhərlənmə halları daha da artıb.

"Xüsusilə gənclər nəzarətsiz qalır, hansısa yığıncaqlarda alkoqollu içkidən istifadə edirlər. Buna görə də, ehtiyatlı olmaq lazımdır. Əlavə olaraq müxtəlif spirtli içkiləri qarışdıraraq içmək olmaz. Çox yaxşı olar ki, insanlar sağlam həyat tərzi sürmək üçün heç vaxt alkoqollu içkilərdən istifadə etməsinlər", - deyə toksikoloq vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

Bakıya gələn erməni idmançıların FOTOSU

Bakıya gələn erməni idmançıların FOTOSU

End of content

No more pages to load

RADİO