Ərəb əri ilə tutulan Zeynəbin hekayəsi: 18 yaşından narkotik bəlasına qurşanıb...

Bakıda narkotik vasitə satışına və istifadəsinə görə həbs edilən qadın Səudiyyə Ərəbistanı vətəndaşı olan əri barədə yalan məlumat versə də, bundan peşman olub. Əri onu tərk etməsin deyə polisə yalan məlumat verib.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, 26 yaşlı Zeynəb Səfərova külli miqdarda narkotik vasitə əldə etmə və satma ittihamı ilə həbs edilib. O həmçinin narkotik vasitədən istifadə etməkdə də təqsirləndirilir.
 

Zeynəb narkotik vasitəni sosial şəbəkədə tanış olduğu Fərhad adlı İran vətəndaşından alırmış. Razılığa əsasən Fərhad Bakıda müxtəlif yerlərdə gizlədilən narkotik vasitə barədə Zeynəbə məlumat verib. Zeynəb narkotik vasitəni götürdükdən sonra Fərhadın kart hesabına həmin məbləğləri köçürüb.


Zeynəb ifadəsində 8 ildir narkotik vasitədən istifadə etdiyini deyib. 18 yaşından narkotik vasitə istifadəçisi olan Zeynəb deyib ki, tiryək, kakos, metadon kimi narkotik vasitələrin hamısından qəbul edib. O, metadonu gündə 6-7 ədəd tablet kimi, tiryəki isə 3-4 saatdan bir qəbul edib. İlk olaraq kakos, sonra kakos olmadığı üçün tiryək qəbul edən Zeynəb, son olaraq metadon almağa başlayıb. Zeynəb narkotik istifadəsinə görə 2022-ci ildə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İkinci dəfə həbs ediləndə ilk cəzası bitməmiş olub.

Zeynəb saxlanılan zaman Səudiyyə Ərəbistanı vətəndaşı olan əri Abdulmohsen də onun yanında olub. Axtarış zamanı Abdulmohsenin də üzərindən metadon tabletləri çıxıb. Həmin narkotik vasitə Zeynəbə məxsus olub və saxlaması üçün ərinə verib. Zeynəb özü də bunu etiraf edib.

Zeynəb məhkəmədə deyib ki, narkotik satışı ittihamı ilə razılaşmır. Onun dediyinə görə istintaqda verdiyi ifadəsində yanlışlıq var. Belə ki, istintaqda narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini deyən Zeynəb məhkəmədə bunları inkar edib: “Həmin zaman narkotik vasitənin təsiri altında idim. Polislər nə dedisə, imzaladım. Özümdə olmamışam”.

Zeynəb evinə baxış zamanı tərəzi tapılmasını isə belə izah edib: “Tərəzini ona görə saxlayırdım ki, narkotik alanda məni çəkidə aldatmasınlar”.

Amma Zeynəbin istintaqdakı ifadəsi ilə məhkəmədə dediyi arasında ziddiyyət məhkəmənin diqqətindən qaçmayıb. Zeynəb ilk ifadəsində söyləyib ki, Fərhad adlı şəxsdən əvvəl pulla narkotik alıb. Amma sonradan pulu olmayıb. Buna görə də özü Fərhada təklif edib ki, istədiyi ünvanlara narkotik çatdıra bilər. Bunun qarşılığında isə Fərhaddan pulsuz narkotik istəyib və bununla razılaşıblar. Zeynəb bu dediklərini məhkəmədə təsdiqləməyib, təzyiqlə belə dediyini qeyd edib.

İşdə diqqət çəkən başqa bir məqam isə Zeynəbin əri haqda verdiyi yalan məlumat olub. Zeynəb saxlanılan zaman narkotik vasitənin ərinə məxsus olduğunu deyib, amma bundan peşman olub.
 

“Ərim mənə dedi ki, məni tərk edib Ərəbistana gedəcək. Buna görə də əsəbiləşdim. Yalandan narkotikin ərimin olduğunu dedim. Ərimin narkotik istifadəçisi olmağımdan xəbəri var idi”,- deyə Zeynəb ifadəsində göstərib.


Zeynəbin əri məhkəməyə gəlməyib. Məlumata görə o, artıq ölkəsindədir. İstintaq dövründə Zeynəbin əri Abdulmohsen ifadə verib. Deyib ki, Zeynəbin narkotikdən istifadə etməsini bilib, amma satışı haqda xəbərsiz olub: “Zeynəb uzun illər idi narkotikdən istifadə edirdi. Bildiyim qədər bədənindəki ağrılara görə çəkirdi. Bizim evlilikdən bir övladımız var. Bu, Zeynəbin ikinci evliliyi idi. Onun birinci evlilikdən bir övladı var idi. Həmin uşaq nənəsi ilə yaşayırdı.

Polis bizi saxlayan zaman üzərimdə metadon olub. Amma Zeynəbin idi. Saxlamaq üçün mənə vermişdi. Polislər saxlayanda da təhvil verdim”.

Məhkəmə Zeynəbi narkotik satışında və istifadəsində təqsirli bilib. Ona bu əməllərinə görə 5 il azadlıqdan məhrum etmə cəzası təyin edib. Əvvəlki məhkumluğu da ödənilmədiyi üçün cəzaları qismən toplanılıb. Ona qəti olaraq 5 il 1 ay azadlıqdan məhrum etmə cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

Bakıya gələn erməni idmançıların FOTOSU

Bakıya gələn erməni idmançıların FOTOSU

End of content

No more pages to load

RADİO